Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

25.06.2022, 13:34

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Süngün mis mədəni ətrafında yerləşən kəndlilər sosial mediada kənd yollarının durumunu əks etdirən paylaşım edib.

Gunaz.tv Quote | Gunaz article

Onlar mədənin gəlirlərindən bölgəyə heç nə ayrılmadığını deyiblər.

Kələm kəndinin dağılmış torpaq yollarını kürək və qazma ilə doldurmağa çalışan vətəndaşlar yaxınlıqda olan zəngin mədənin gəlirindən onlara heç nə çatmadığını, yollar bərbad gündə olduğu üçün ətraf aləmdən təcrid olunduqlarını bildiriblər.

Qeyd edək ki, Vərziğanın Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis ehtiyatlarının 40 faizi burada yerləşir. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social