SON XƏBƏRLƏR

İnsan alveri qurbanlarını necə aşkarlamaq olar? - Təlim keçirildi

2022.12.22, 19:59
İnsan alveri qurbanlarını necə aşkarlamaq olar? - Təlim keçirildi

Gunaz.tv

Təlim Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 və 4.7.2-ci yarımbəndlərinin icrası məqsədi ilə keçirilib.

"Təmiz dunya" təşkilatının dəvəti ilə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Araz Babayev və Ruslan Əliyev insan alverinin mahiyyəti, qurbanların askarlanma formalari ilə baglı hotel əməkdaşlarına təlim keçiblər.

Təlimdə eləcə də insan alveri anlayışı və onun formaları, mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar, İnsan Alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi, qurbanların müəyyən edilməsinin indikatorları, qurban olmaq riskinin qarşınının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlərin hazırlanması  mövzuları  müzakirə olunub.
 
Mövzularla bağlı təlimçi iştirakçıların maraq doğuran sualları cavablandırılıb, onlara məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.
 
“Təmiz dünya”nın araşdırması göstərib ki, dünyaca məşhur hotellərin baş ofisləri belə öz əməkdaşlarına belə təlimlərin keçirilməsində maraqlı olur. Çünki insan alverçiləri tərəfindən qurbanların hotellərə aparılması, yəni istismar prosesinin həmin məkanlarda baş verməsi mümkündür Bu baxımdan qabqlayıcı tədbirlər kimi hotel əmkdaşlarının həmin şəxsləri aşkarlaması üçün onlara müvafiq məlumatların verilməsi vacibdir. (Cebhe.info)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar