SON XƏBƏRLƏR

Qərb Güney Azərbaycan türklərinə dəstək verməlidir. Qüdrət Həsənquliyev: "Vladimir Jirnovski deyirdi ki, bir ildən sonra Rusiya yenidən köhnə sovet imperiyasını bərpa edəcək"

2021.10.20, 07:36
Qərb Güney Azərbaycan türklərinə dəstək verməlidir. Qüdrət Həsənquliyev: "Vladimir Jirnovski deyirdi ki, bir ildən sonra Rusiya yenidən köhnə sovet imperiyasını bərpa edəcək"

Gunaz.tv
"Qərb Güney Azərbaycan türklərinə dəstək verməlidir" qudret-hesenquliyev023.jpg Qüdrət Həsənquliyev: "Vladimir Jirnovski deyirdi ki, bir ildən sonra Rusiya yenidən köhnə sovet imperiyasını bərpa edəcək" NATO Parlament Assambleyasının (PA) 24-27 mart tarixlərində Berlində toplantısı keçirilib. NATO PA-nın toplantısında, komitələrin iclaslarında Azərbaycanla bu və ya digər dərəcədə bağlı olan bir sıra məsələlər müzakirə olunub. Toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranla bağlı məruzədə Azərbaycan türkləriylə bağlı məsələlərin yer almamasına etirazını bildirib, Qərbi soydaşlarımıza dəstək verməyə çağırıb. Azərbaycanda erməni kilsəsinin qalmadığını iddia edən Ermənistan nümayəndə heyətinin üzvü Raffi Ovanesyanı da cavabsız qoymayıb. Müsahibimiz də BAXCP sədri Qüdrət Həsənquliyevdir... Ramiz Mikayıloğlu - NATO PA-nın iclasları həmişə maraqlı olur. Qurumun toplantılarında dünyada baş verən bütün ciddi proseslər bir qayda olaraq müzakirə edilir. Nəzərə alsaq ki, bu, avoatlantik strukturudur, orada hərbi təhlükəsizlik və enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bu baxımdan NATO PA-nın toplantıları son dərəcədə önəmlidir. Azərbaycan da Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir. Həmçinin Azərbaycan NATO PA-nın asosiativ üzvüdür, avroatlantik məkana inteqrasiya olunmaq siyasəti aparır. Bu baxımdan nümayəndə heyətimiz NATO PA-nın iclaslarında həmişə iştirak edir, lazım olanda, Azərbaycana aidiyyatı olan bu və digər məsələrlə bağlı nümayəndə heyətinin üzvləri çıxış edirlər. Martın 24-də də NATO PA-nın Siyasi komitəsində cənub qonşumuz, həm də 30 milyon azərbaycanlının yaşadığı İranla bağlı məsələ müzakirə olunurdu. Həmin iclasda da Siyavuş Novruzovla mən iştirak edirdim. Məruzəçi ABŞ -dan idi. - Məruzə nə dərəcədə obyektiv idi və Azərbaycan nümayəndə heyətinin üzvləri bununla bağlı münasibətlərini bildirdilərmi? - O, çox ədalətliz bir məruzə hazırlamışdı. Məruzədə 30 milyon azərbaycanlı haqqında bir fikir belə öz əksini tapmamışdı. Mən də çıxışa yazıldım. Bildirdim ki, məruzədə qeyd olunur ki, İran dini-totalitar bir ölkədir, nüvə proqramıyla Avropa Birliyi, ümumiyyətlə, dünya üçün böyük təhlükə yaradır. Ona görə ki, İran qeyri-demokratik ölkədir. Amma məruzədə İranın demokratikləşməsiylə bağlı bir fikir deyilmir, əsas diqqət ona yönəlir ki, sanksiyalar gücləndirilsin, lazım gələrsə, hətta İranın nüvə obyektləri vurulsun. Yəni, söhbət hərb yoluyla problemin həllindən gedir. Mən də bildirdim ki, əlbəttə, BMT-nin sanksiyaları var, İran nüvə proqramından imtina etmədiyi təqdirdə sanksiyalar bir az da gücləndirilməlidir. İranın bölgə üçün təhlükə yaradan dövlət olduğu fikriylə razılaşdığımı söylədim. Onu da dedim ki, Ermənistan İran və Rusiyanın köməyilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib, qonşu dövlət təcavüzkara hər vasitəylə yardım göstərir. Bunu söyləməyə də bizim kifayət qədər əsasımız var. Ermənistandakı sonuncu prezident seçkilərində bu, tam açıq formada prezidentliyə namizədlər tərəfindən də dilə gətirildi. Onu da nəzərə çatdırdım ki, iki il əvvəl İranın rəcmi dövlət qəzetində azərbaycanlılar bir millət olaraq təhqir ediliblər. Yüz minlərlə azərbaycanlı Təbrizdə və dtgər şəhərlərdə buna etirazını bildirib, küçə yürüşləri keçiriblər. Amma Avropa televiziyalarının, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, hüquq müdafiə təşkilatlarının, aparıcı dövlətlərin baş verən hadisəyə münasibəti təəccüb doğurmaya bilməz. İrandakı problemlərin həlli üçün bir tərəfdən sanksiyalar sərtləşdirilirsə, digər tərəfdən, ölkənin demokratikləşməsinə təkan vermək lazımdır. Güney Azərbaycan türklərinə dəstək verilməli, kömək edilməlidir. Məndən sonra ənənəvi olaraq çıxış edən Ermənistan nümayəndəsi dedi ki, işğal kimi ifadələrdən işlədilməməlidir. Guya əslində Dağlıq Qarabağ SSRİ-nin dağılmasında böyük bir rol oynayıb, ilk dəfə orada insanlar azadlıq uğrunda mübarizəyə başlayıblar, dünya birliyi Dağlıq Qarabağa xüsusi diqqət göstərməlidir. Yəni bizim bildiyimiz cəfəngiyyatı yenə təkrarladılar. Sözsüz ki, mən sözümü demişdim və əsaslandırmışdım. Martın 25-də Təhlükəsizliyin mülki ölçüsü komitəsinin iclası keçirildi. Orada müzakirə olunan mövzulardan biri də din və dövlətlə bağlı idi. - Məruzədə Azərbaycanla bağlı nələr yer almışdı? - Məruzəçi çıxışında bildirdi ki, Azərbaycanda dini ekstremizmə qarşı repressiv metodlardan istifadə olunur. Nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov buna etiraz etdi. Bildirdi ki, Azərbaycan tolerant bir ölkədir. Professor Şkefferdən bir misal da çəkdi. O demişdi ki, Azərbaycan dini tolerantlıq baxımından Avropa və ABŞ üçün nümunə ola bilər. Xatılatdı ki, bunu Hayfa və Harvard Universitetinin professoru deyir. Bundan əvvəl NATO PA-nın İslandiyada keçirilən toplantısında mövzulardan biri "Xəzər hövzəsində din" idi. O zaman da məruzəçi kimi xanım Şkeffer çıxış etmişdi. İslandiyadakı toplantıda iştirak etmiş komitə üzvlərinin də böyük əksəriyyəti bu məruzəyə qulaq asmışdılar. Onlar da təsdiqlədilər ki, doğurdan da belə bir məruzə olub. Ziyafət Əsgərovun çıxışından sonra məruzəçi dedi ki, ola bilər ki, fikri bir az düzgün başa düşülməyib və o, Azərbaycanın dini tolerant ölkə olduğunu təsdiqləyir. Bundan sonra erməni nümayəndə heyətinin üzvü Raffi Ovanesyan söz aldı. O iddia etdi ki, Azərbaycanda bir erməni kilsəsi də qalmayıb, hamısı dağıdılıb. O, Azərbaycanın dini baxımdan dözümsüz ölkə olduğunu vurğuladı. Bu məsələylə bağlı artıq nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov çıxış etmişdi, mənim çıxış etmək fikrim yox idi. Amma çıxış etməyə məcbur oldum. Mənə söz vermək istəmirdilər, amma təkid etdim. Ermənistan nümayəndə heyətindən iki nəfər çıxış etmişdi, təkidlə dedim ki, mütləq çıxış etməliyəm, ona görə ki, burada çox ədalətsiz və yalan məlumat verdilər. Təkidimdən sonra söz aldım. Dedim ki, Bakıda erməni kilsəsi şəhərin mərkəzindədir, nəinki kilsə qorunub, hətta oradakı kitabxana da saxlanılır. Bu yaxınlarda böyük bir qrup erməni ziyalısı Bakıya səfər etmişdi, onlar həmin kilsədə də oldular, bu, ağ yalandır. Bildirdim ki, istənilən şəxs Bakıya səfər edə bilər. İşçi qrupunun rəhbərləri, məruzəçilər də Bakıya gələcəklər. Onlar Ermənistan və Gürcüstanda olublar, amma Azərbaycan və Türkiyəyə gəlməyiblər. Dedim ki, onlar gələ və bunları öz gözləriylə görə bilərlər. Həmçinin qeyd etdim ki, Ermənistan təkmillətli bir dövlətdir, orada başqa millət yaşamır, amma Azərbaycanda 30 min erməni yaşayır. Biz necə dözümsüz ola bilərik? 30 min erməni qızı azərbaycanlıya ərə gediblər və bu gün də Bakı şəhərində yaşayırlar. Dedim ki, azərbaycanlılar erməniyə görə öz ailələrini dağıtmayıblar. - Qərblə Rusiya arasında ciddi mübahisə predmetinə çevrilmiş Gürcüstan və Ukraynanın NATO-ya üzvlük istəyi PA-nın toplantısında, komitələrin iclasında diqqət mərkəzində oldumu? - Din və dövlət mövzusundan əvvəl həm Siyasi komitədə, həm Təhlükəsizliyin mülki ölçüsü komitəsində ciddi debatlar olmuşdu. Rusiya nümayəndə heyəti kəskin etiraz edirdi və bildirdi ki, Gürcüstan və Ukrayna NATO üzvü olmamalıdırlar. Mən çıxışa yazılmışdım və bu məsələyə də münasibətimizi açıqladım. Bildirdim ki, Rusiyanın belə tələb irəli sürməyə mənəvi haqqı yoxdur. Bunu deməklə Rusiyanın Ermənistanın müttəfiqi olması faktını qabartmaq istəyirdim. Orada əsas qarşıdurma da Rusiya nümayəndə heyətiylə gedirdi. Yəni digər NATO-ya üzv ölkələrin nümayəndə heyətləri Rusiyaya qarşı dayanmışdılar. Rusiya nümayəndə heyətinə Jinovski rəhbərlik edirdi. O da ənənəvi olaraq çılğın və sərt formada Rusiyanın mövqeyini bildirirdi. Deyirdi ki, NATO heç vaxt Ukryana və Rusiyanı öz sıralarına qəbul etməməlidir, Alyans Ukrayna və Gürcüstanı deyil, Rusiyanı seçməlidir. Çıxışımda vurğuladım ki, Rusiyanın belə tələbdə bulunmağa heç bir haqqı yoxdur. Sual etdim ki, Rusiya özü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradanda qonşu dövlətlərin fikrini, yaxud sərhədi belə olmayan Ermənistnı ora daxil edəndə Azərbaycanın mövqeyini nəzərə alıbmı? Dedim ki, Rusiya Ermənistanda hərbi baza yaradıb. Azərbaycan dəfələrlə vurğulayıb ki, bu hərbi bazanın bölgədə saxlanmasına heç bir ehtiyac yoxdur. Belə olduğu halda Rusiya nümayəndə heyəti hansı mənəvi haqla deyir ki, biz heç kimin fikrini öyrənmirik, ehtiyacımız yoxdur, amma başqaları bizim fikrimizi öyrənməlidir. Çıxışımda qeyd etdim ki, ona görə də Rusiyanın Ukrayna və Gürcüstanla bağlı bu cür mövqeyi yanlışdır. İclasdan sonra Ukrayna və başqa ölkələrin nümayəndə heyətləri çıxışıma görə mənə təşəkkür edirdilər. Amma Gürcüstan nümayəndə heyəti ənənəsindən kənara çıxmadı. İslandiyadakı toplantıda da o zaman spiker postunu tutan Nino Burcanadze Rusiyanın Gürcüstanı soyuqda dondurmaq istədiyini söyləmişdi, amma deməmişdi ki, onları kim xilas etdi. Yaxud Nino Burcanadze bildirdi ki, Gürcüstandakı münaqişələrin həllinə Kosova variantı şamil oluna bilməz, amma Dağlıq Qarabağın adını çəkmirdi. Berlindəki toplantıda da yenə eyni mövqeyi təkrarladılar. Hesab edirəm ki, bu toplantıda biz öz sözümüzü dedik və Azərbaycanın maraqlarına uyğun bir mövqe sərgilədik. İran, Rusiya və Ermənistanla bağlı bəzi həqiqətələri də oradakıların nəzərinə çatdıra bildik. - Yeri gəlmişkən, bu günlərdə xarici iişlər nazirinin müavini Araz Əzimov deyib ki, NATO Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına öz töhvəsini vermir. Siz bu məsələyə necə yanaşırsınız? - Azərbaycan NATO-ya üzvlüklə bağlı fəaliyyətini artırmalıdır. Biz də Gürcüstan və Ukraynayla birgə NATO-ya üzv olmağa cəhd göstərməliyik. Ona görə ki, qardaş Türkiyəylə eyni hərbi-siyasi blokda olmalıyıq. Biz ermənilərlə eyni hərbi-siyasi blokda ola bilmərik ki?! Azərbaycanın ciddi müttəfiqlərə ehtiyacı var, ona görə ki, bizim Dağlıq Qarabağ problemimiz var. Bəyan edirik ki, yeri gəlsə, torpaqları hərb yoluyla azad edəcəyik. Torpaqlarını hərb yoluyla azad etmək istəyən ölkə də hər zaman özünə ciddi müttəfiqlər tapmalıdır. Bu baxımdan, Azərbaycan NATO üzvü olmalıdır. Azərbaycan NATO üzvü olarsa, sözsüz ki, NATO da öz töhvəsini verəcək. Xatırlayırsınızsa, İran Azərbaycanın hava məkanını pozanda NATO üzvü olan qardaş Türkiyənin təyyarələri gəlib güclərini nümayiş etdirdilər. Onlar sonra artıq İran çəkilib öz yerində oturdu. Bu da dolayısıyla NATO-nun töhvəsidir. Mən əminəm ki, NATO, ABŞ və Avropanın prinsipial mövqeyi, qorxusu olmasaydı, Rusiya, ya da İran işğal edərdi. Hazırda nə Rusiya, nə də İran Azərbaycanın müstəqilliyilə barışa bilmir. Yeri gəlmişkən, NATO PA-nın iclasının fasiləsi zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Jirnovski deyirdi ki, onsuz da bizim belə çıxışlar etməyimizə cəmi bir il qalıb. Bir ildən sonra Rusiya yenidən MDB ölkələrini öz ətrafına yığacaq, köhnə sovet imperiyasını bərpa edəcək. Bu insanlar arxada yenə də eyni sözləri deyirlər və imperiya duyğularıyla yaşayırlar. xalqcebhesi qezeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar