SON XƏBƏRLƏR

NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

2022.05.17, 05:26
NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

Gunaz.tv

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, - NATO baş katibi bildirib.

Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Türkiyə Finlandiya və İsveçi PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir.

Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar