Əfqanıstanla gərginlik böyüyür: İran sərhədə canlı qüvvə, hərbi texnika toplayır-VİDEO

27.04.2022, 09:29

İranla Əfqanıstan arasında gərginlik artır. İran hökuməti sərhəddə hərbi hazırlıq işlərini sürətləndirib.

Gunaz.tv Quote | Gunaz article

Tehran hakimiyyəti Əfqanıstanla sərhəd bölgələrinə çox sayda canlı qüvvə, hərbi texnika toplayır.

Sosial mediada yayılan foto və videolardan İran İnqilab Keşikçiləri Korpusuna məxsus tank və helikopterlərin sərhəddə daşındığı görünür.

İnternet istifadəçilər və bəzi İran mətbuat orqanlarının yaydığı məlumatlarda aprelin 26-da bu ölkənin 88-ci Zahedan diviziyasının tanklarının Əfqanıstan sərhədinə göndərdiyi qeyd olunub.

Bununla yanaşı Əfqanıstan mediası və internet istifadəçiləri tərəfindən İran hərbi helikopterinin sərhədi keçərək uçduğunu əks etdirən videolar yayılıb.

Bundan öncə Talibanın Əfqaistanın qərbindəki Hərat əyalətinin məsulları iki ölkə arasında baş verən gərginlik nəticəsində “İslam qala” gömrük keçid məntəqəsinin bağlandığını bildirmişdilər.

Gərginliyin İran sərhəd-patrul maşınının Əfqanıstana daxil olmasından sonra yarandığı və İslam Qala sərhədinin hazırda bağlı olduğu bildirilir.

Yerli qaynaqları sosial mediada paylaşdığı məlumat və görüntülərə görə, qarşıdurma zamanı İran İnqilab Keşikçiləri Korpusunun 5 üzvü Taliban qüvvələri tərəfindən əsir götürülüb.

Bununla yanaşı İrana məxsus yük maşınlarının Doğaruq sərhəd keçid məntəqəsindən İrana geri döndükləri və bölgədə hərbi vəziyyətin hökm sürdüyü qeyd olunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İran-Əfqanıstan sərhədində yaranmış gərginliklə bağlı deyib ki, belə bir gərginliyin yenidən təkrarlanması ciddi narahatlıq doğurur.
 
Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edərək onların Əfqanistan sərhədlərinə müdaxilə etmələrini, bu ölkənin torpağında nüfuz etməyə çalışmalarına dözməyəcəklərini bildirib.

Yəqubun xəbərdarlığından sonra çox sayda Taliban döyüşçüsünün İranla sərhəd bölgələrə cəlb olunduğu barədə məlumatlar yayılıb. 

 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02

gun az article

Güneyli jurnalistlər mükafatlarını xoylulara verdilər

2023-02-02

gun az article

Zənganlı fəal müvəqqəti azad edilib

2023-02-02

gun az article

"Həsən Şəriətmədari azərbaycanlı olsa da manqurtlaşmış ünsürdür"-Əhməd Obalı

2023-02-02

gun az article

"Traxtur" klubunun üzvləri Xoya gedəcək

2023-02-02

gun az article

“Görüş”: “Azərbaycanın İranın casus və terror şəbəkəsinə qarşı əməliyyatı” və “Xoy zəlzələsində zərər çəkmiş güneylilərə İran rejimi yardım etmir”-VİDEO

2023-02-02

gun az article

Şərqi Azərbaycan valisi dəyişdirilə bilər

2023-02-02

gun az article

Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

2023-02-02

gun az article

“Traxtur”un oyununda Xoy zəlzələsində ölənlər anılıb

2023-02-01

gun az article

Güneyli siyasi məhbuslardan zəlzələdən zərər çəkənlərə dəstək

2023-02-01

gun az article

Xoylulara dəstək çağırışından sonra futbolçunun bank hesabı bağlandı

2023-02-01

gun az article

"Traktor"dan zəlzələdən zərər görənlərə dəstək

2023-02-01

gun az article

 “Özümüz” proqramında müzakirə: “Zəlzələnin dərdini çəkək, yoxsa dövlətin şərrini” - VİDEO

2023-02-01