İran körfəzdə yanacaq daşıyan gəmini girov götürüb

19.05.2022, 08:58

Hormozqan əyalətinin sərəhd komandiri Hüseyn Dehəki körfəzdə yanacaq daşıyan gəminin İran dəniz qüvvələri tərəfindən saxlanıldığını təsdiq edib.

Gunaz.tv Quote | Gunaz article

O, əyalətin “Bəndər-i Lengə” limanının dəniz qüvvələri ilə Buşehr sərhədçilərinin birgə əməliyyatı nəticəsində mayın 18-də 550 min litr mazut daşıyan gəminin saxlanıldığını bildirib.

 Hormozqan əyalətinin baş hakimi Müctəba Qəhrəmani isə xəbəri təsdiq edərək gəminin 7 heyət üzvünün həbs edildiyini bildirib.

Sərhəd komandiri və baş hakim gəminin hansı ölkəyə məxsus olduğu barədə hər hansı açıqlama verməyiblər.

İran tez-tez beynəlxalq sularda ticarət və yanacaqdoldurma gəmilərini qaçıraraq ələ keçirir və başqa ölkələrdə bloklanmış aktivlərinin azad edilməsi üçün onları  sövdələşməyə məcbur edir.

Bəzi hallarda, məsələn, Vyetnam gəmisinin ələ keçirilməsində İranın bu hərəkəti münaqişəyə səbəb olsada, Cənubi Koreya gəmisinin ələ keçirilməsi İranın bu ölkədə dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə bağlı sövdələşmələrə səbəb olub.

Vyetnam tankeri “Sotiz”in İran tərəfindən oğurlanması məsələsində İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Təngsiri iddia edib ki, “SEPAH” Körfəz sularında Amerika ilə birbaşa qarşıdurmada olub və nəticədə İnqilab Keşikçiləri Korpusunun 9üzvü öldürülüb.

Başqa yandan, “Vaşinqton Post” qəzeti ötən ilin sonlarında geniş hesabat dərc edib və tutarlı sübutlar təqdim edərək, İranda yanacaq qaçaqmalçılığının əsas səbəbkarının İnqilab Keşikçiləri Korpusunun olduğunu göstərib.

Məlumata görə, İnqilab Keşikçilərinin yanacaq qaçaqmalçılığından əldə etdiyi gəlir o qədər böyükdür ki, qara bazar İnqilab Keşikçiləri tərəfindən inhisara alınıb və bu, istənilən qrupun icazəsiz yanacaq qaçaqmalçılığının qarşısını alır.

Amerika Maliyyə Nazirliyi bundan əvvəl İran İnqilabı Keşikçiləri Korpusunu neft və neft məhsullarının qaçaqmalçılığından pul qazanmaqda ittiham edib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kərəcdə gənc şairə güllələnib-VİDEO

2022-09-25

gun az article

XİN rəhbəri: "Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir"

2022-09-25

gun az article

Çavuşoğlu: "Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır”

2022-09-25

gun az article

Türkiyəli nazir: "Xarici səfərlərdə Ərdoğandan Azərbaycanla bağlı xahişlər edirlər”

2022-09-25

gun az article

Türkiyə prezidentinin sözçüsü İranda baş verən hadisələrə münasibət bildirib

2022-09-24

gun az article

Güney Azərbaycan şəhərləri də daxil olmaqla İranda etiraz aksiyaları davam edir

2022-09-24

gun az article

Hulusi Akar Türkiyənin Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu bildirib

2022-09-24

gun az article

SEPAH İraqın şimal bölgəsində müxalif qrupların qərargahına artilleriya zərbələri endirib

2022-09-24

gun az article

Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib

2022-09-24

gun az article

Zakir Həsənov müşavirə keçirdi - Təxribatların qarşısının alınmasını əmr etdi

2022-09-24

gun az article

Ukrayna Prezident Ofisi: “İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb”

2022-09-24

gun az article

Tehran Universitetində yenidən etiraz aksiyası başlayıb

2022-09-24

gun az article

KİV: Çində hərbi çevrilişə cəhd barədə məlumatlar yayılıb

2022-09-24

gun az article

İranda məmur mülki şəxsi yaxın məsafədən güllələdi-VİDEO

2022-09-24

gun az article

SEPAH 18 yaşlı etirazçı qızı iki məmuru öldürməkdə ittiham edir

2022-09-24

gun az article

İbrahim Rəisi kütləvi etirazlarla bağlı ilk dəfə açıqlama verib

2022-09-24

gun az article

İran İsveç və Belçikaya nota verib

2022-09-24

gun az article

"Telegram" İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin kanalını blok etdi

2022-09-24

gun az article

Star Link İranda sürətlə aktivləşir

2022-09-24

gun az article

 "Xalqın azadlıq hərəkatına dəstək verək"- İran Yazıçılar Birliyi çağırış etdi

2022-09-24