SON XƏBƏRLƏR

Güneyli aktivist intihar edib

2024.05.04, 11:12
Güneyli aktivist intihar edib

Azərbaycan tələbə hərəkatının aktivisti Səid Musanijad intihar edib.

Gunaz.tv

Musanijad 2023-cü ildə universitetə daxil olub. O, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin tələbəsi olub.

Məlumata əsasən onun cəsədi mayın 2-i Tehran Universiteti yataqxanasındakı otağında aşkarlanıb.  Fakultənin ümumi əlaqələr şöbəsi Səid Musanijadın öldüyünü təsdiqləyərək ailəsinə və fakültə dostlarına başsağlığı verib.

Səid Musanijad Azərbaycan tələbə hərəkatının aktivisti və Ərdəbil şəhərindəndir. 

O, intihardan bir neçə saat əvvəl öz İnstaqram hesabında sonuncu vidalaşma sözlərini paylaşmışdır. 

Xatırladaq ki, İranda tələblər, həkimlər və tibb bacıları sıralarında intihar statistikası bir neçə ildir ki, artıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar