SON XƏBƏRLƏR

İranın keçmiş prezidentinin Macarıstana səfəri narazılıq yaratdı

2024.05.10, 12:09
İranın keçmiş prezidentinin Macarıstana səfəri narazılıq yaratdı

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Macaristana səfəri etirazlara səbəb olub.

Gunaz.tv

Bu barədə  beynəlxalq media məlumat yayıb.
 
İsrailin Macarıstandakı səfirliyi və yəhudi icması Holokostu inkar edən keçmiş prezidentin bu ölkəyə dəvət edilməsinin qəbuledilməz olduğunu bildirib, Holokost qurbanlarına hörmətsizlik kimi dəyərləndiriblər.

Bununla yanaşı insan haqları fəalları və hüquq müdafiəçiləri də, Əhmədinejadın səfərinə etiraz edib, onu protest etmək üçün aksiyaya çağırış ediblər.

Əhmədinejad Macarıstanın Ludovika Dövlət Xidmətləri Universitetinin dəvəti ilə “Qlobal Ətraf Mühitdə Ümumi Dəyərlər” mövzusunda toplantıda iştirak etmək üçün Macarıstana səfər edib.

Qeyd edək ki, Mahmud Əhmədinejad keçmişdə dəfələrlə İkinci Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımını “mif” və “yalan” adlandırıb. O, həmçinin Holokostu “İsrail dövlətinin qurulmasına yol açmaq üçün psixoloji əməliyyat” kimi qiymətləndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar