SON XƏBƏRLƏR

Körpəyə yanlış müdaxilə onurğa beyninin qırılması ilə nəticələnib

2024.05.10, 13:43
Körpəyə yanlış müdaxilə onurğa beyninin qırılması ilə nəticələnib

Gülüstan Əyalətində (Türkmən Səhra) 5 aylıq körpənin quluncunu tutmaq məqsədi ilə cahil müdaxiləsi onun onurğa beyninin qırılması ilə nəticələnib.

Gunaz.tv

Azər Əncümən xəbər portalının bildirdiyinə görə istinadən bu barədə Gülüstan şəhərində əsəb-beyin həkimi bildirib.

“bir körpənin əl və ayaqlarında hərəkətsizlik səbənidən müayinə üçün valideyni tərəfindən müayinə üçün gətirilmişdir. 

Valideynin dediyinə görə körpə tam sağlam olub və ətraflarında heç bir problem olmayıb. 

Qulunc olma səbəbindən körpənin bibisi müdaxilə edir və onu qucağına alıb fiziki təzyiqlə quluncunu onu tutur. 

Nəticədə onurğa beyninin qırılması ilə həmin körpə artıq ətraflarını tərpətməyə qadir deyil” həkim Masudi deyib.

Mütəxəssis həkim cahil müdaxilə nəticəsində artıq iflic olmuş körpənin durumu barədə əlavə edib: “körpəyə hazırda cərrahiyyə müdaxiləsi olunub. Lakin sağalacağı güman olunmur”.

Həkim Masudi qulunc tutmanın hər hansı yaşda olur olsun bərpa olunmaz fəsadları, o cümlədən əsəblərin, damarların qırılması və  ölümlə nəticələnəcəyi barədə xəbərdarlıq edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar