SON XƏBƏRLƏR

İranın Saqqız şəhərində toqquşma-Polis odlu silahdan istifadə edib-VİDEO

2022.09.17, 10:20
İranın Saqqız şəhərində toqquşma-Polis odlu silahdan istifadə edib-VİDEO

Gunaz.tv

Etirazların kütləviləşdiyini görən hökumət şəhərə xüsusi təyinatlı qüvvələr yeridib, onlar odlu silahdan etirazçılara atəş açıblar.

Şəhərdə vəziyyətin gərgin olduğunu bildirən sosial media fəalları xüsusi təyinatlıların açdığı atəş nəticəsində ən azı bir nəfərin ağır yaralandığını yazıblar.

Onlar etiraz aksiyasının genişlənməsindən çəkinən hakimiyyətin şəhərin giriş və çıxışlarında zirehli texnikalar topladığı və nəzarət buraxılıç postları qurduğunu qeyd ediblər.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.

Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbər yayılıb.

Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar