SON XƏBƏRLƏR

İranın təhlükəsizik naziri etirazçıları təhdid etdi

2022.12.15, 09:20
İranın təhlükəsizik naziri etirazçıları təhdid etdi

Gunaz.tv

İran Dövlət Radio və Televizya Şirkətinə bağlı ərəbdilli "Əlaləm" telekanalının dekabrın 13-ü axşam saatlarında yaydığı müsahibədə nazir etirazçıları iğtişaşçı adlandırıb və onların sərt cəzalandırılacaqlarını deyib.

İsmayıl Xətib etirazçılar İranın müstəqilliyi, torpaq bütövlüyü və milli təhlükəsizliyini hədəf aldıqlarını iddia edərək, onların dünyanın hansı bölgəsində olmaqlarından asılı olmayaraq əməllərinə görə cavab verəcəklərini bildirib.

Qeyd edək ki, son həftələr İran kəşfiyyatının Britaniya, Fransa, Avstraliya, Türkiyə və başqa bir neçə ölkədə müxalif mühacirlər və iranlı media fəallarına qarşı terror planları barədə bir neçə xəbər yayılıb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar