SON XƏBƏRLƏR

Amerika İranın əxlaq polisinə sanksiya tətbiq edib

2022.09.22, 16:09
Amerika İranın əxlaq polisinə sanksiya tətbiq edib

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Amerika Birləşmiş Ştatları İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə, həmçinin daha beş vəzifəli şəxsə də sanksiya qoyub.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla ostan və şəhərində nümayişlər keçirilir. 

Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar