SON XƏBƏRLƏR

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan reaksiya

2023.03.14, 10:51
İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan reaksiya

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinqdə danışıb.

"Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur.

Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq", - Ned Prays vurğulayıb.

Qeyd edək ki, ötən həftə İran Azərbaycana qarşı növbəti dəfə təxribat törədib. XİN və Müdafiə Nazirliyinin yaydığı birgə məlumata görə, 11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Azərbaycan təxribatla əlaqədar İran tərəfinə nota təqdim edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar