SON XƏBƏRLƏR

İrana xarici sərmayə qoyuluşu 82 % azalıb

2022.10.18, 11:15
İrana xarici sərmayə qoyuluşu 82 % azalıb

Gunaz.tv

İran Sənaye, Mədən və Ticarət Nazirliyinin dərc etdiyi hesabata əsasən, cari ilin ilin ilk altı ayında sənaye, mədənçilik və ticarət sektorunda təsdiqlənmiş xarici investisiyaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 82,7% azalıb.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi son altı ayda sənaye, mədənçıxarma və ticarət sektorunda 382 milyon 400 min dollar dəyərində 73 xarici sərmayənin yatırıldığını göstərən statistik hesabat dərc edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 7,5%, dəyər baxımından isə 82,7% azalmanı göstərir.

Bu arada ötən ilin eyni dövründə bu sektorda 2 milyard 215 milyon dollar dəyərində 79 xarici investisiya faktı təsdiqlənib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar