SON XƏBƏRLƏR

İranda daha 117 şagird zəhərləndi

2023.02.15, 14:45
İranda daha 117 şagird zəhərləndi

Gunaz.tv

Bu barədə fevralın 15-də Qum Tibb Elmləri Universitetinin rektor müavini Məcid Mühibbi açıqlama verib.

O. zəhərlənmənin nədən baş verdiyi barədə heç nə deməsə də, bəzi media orqanları şagirdlərin dəm qazından zəhərləndiklərini yazıb.

Son həftələr belə halların tez-tez baş verməsinə baxmayaraq, İranın təhsil naziri Yusif Nuri bu məlumatların dərcini təxribat adlandırıb.

O, bütün faktlara baxmayaraq, bu xəbərlərin şayiə olduğunu və şagirdləri təhsildən uzaqlaşdırmağa hesablanmış cəhd olduğunu iddia edib.

Qeyd edək ki, fevralın 14-də Qum və Tehran şəhərlərində zəhərlənən şagirdlərin valideynləri Təhsil Nazirliyi və nazirliyin yerli idarəsi qarşısında etiraz aksiyası keçiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar