SON XƏBƏRLƏR

İranda mitinqlər zamanı iki SEPAH zabiti öldürülüb

2022.10.27, 08:37
İranda mitinqlər zamanı iki SEPAH zabiti öldürülüb

Gunaz.tv

Bu barədə İran mediası xəbər yayıb.

Məlumata görə, oktyabrın 26-da ümumölkə nümayişləri zamanı SEPAH-ın iki zabiti: mayor Əmir Kəməndinin Tehranda, SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin kapitanı Əli Nəzərinin isə Həmədan əyalətinin Məlayer şəhərində ölüb.

Hər iki SEPAH zabitinin nümayişçilər tərəfindən qətlə yetirildiyi iddia edilir.

Həmədan əyaləti valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Farsi Əli Nəzərinin qətlində şübhəli bilinən 8 nəfərin həbs edildiyini, zabitə atəş açan şəxsin isə qaçdığını və onun saxlanılması üçün axtarış aparıldığını deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar