SON XƏBƏRLƏR

İranda İsrailə qarşı ənənəvi illik mitinqlər keçirilir-VİDEO

2022.04.29, 11:02
İranda İsrailə qarşı ənənəvi illik mitinqlər keçirilir-VİDEO

Gunaz.tv

Əhali “Qüds günü” adı altında İsrailə qarşı keçirilən mitinqlərə qatılmadığı üçün hökumət dövlət idarələrində işləyənləri, öyrənciləri, məktəbliləri və bu ölkədə dini təhsil alan xarici vətəndaşları məcburi olaraq aksiyalara cəlb edir.

Yeniyetmə və aztəminatlı şəxslərin mitinqlərə qatılması üçün öncəki illərdə olduğu kimi mitinqdən sonra yemək və meyvə şirələri paylanacağı ilə bağlı şirnikləndirici məlumatlar yayılır.

Bu səbəbdən iranlıların çoxu neçə illərdir İsrailə qarşı keçirilən mitinqlərə qoşulanları “sandisxor”, yəni meyvə şirəsi içmək üçün mitinqə gedən adlandırırlar.

Sosial şəbəkələrdə yayılan video və fotolardan hökumətin bütün cəhdlərinə baxmayaraq bu gün səhər saatlarından başlayan mitinqlərdə iştirakçıların az olduğu və aksiyaların sönük keçdiyi görünür.

Çıxış edən İran rəsmiləri və yerli cümə imamları 43 ildir səsləndirdikləri ənənəvi fikirləri səsləndirib, İsrail dövlətinin yer üzündən silinməsinə az bir zaman qaldığı ilə bağlı köhnə iddialarını yenidən təkrar ediblər.

Qeyd edək i, ilk dəfə 1982-ci ildə islam inqilabının rəhbəri Ruhullah Xomeyninin təşəbbüsü ilə “Fələstinin azadlığına dəstək” iddiası ilə İsrailə qarşı mitinq keçirilib.

O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirir, İranın ideolojik müharibəsinə dəstək verirlər. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar