SON XƏBƏRLƏR

İranda zəlzələ olub-Ölən və yaralananlar var-VİDEO

2022.07.02, 04:52
İranda zəlzələ olub-Ölən və yaralananlar var-VİDEO

Gunaz.tv

Yeraltı təkanlar nəticəsində ciddi dağıntıların olduğu və onlarla insanın öldüyü, yaralandığı bildirilir.

Əyalətin Bəndəri Xəmir və Bəndəri Lenge şəhərlərində 6.1 və 6.3 bal gücündə zəlzələnin qeydə alındığı, ilkin məlumatlara görə Bəndəri Lengedə 5 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı deyilir.

Yerli sosial media fəalları Bəndəri Lengenin 1600 nəfər əhalisi olan Mehran kəndinin tamamilə dağıldığını yazırlar.

Dağıntılara səbəb olan ilk zəlzələdən sonra adı çəkilən bölgələrdə daha 13 titrəyişin qeydə alındığı bildirilir.

Rəsmi mənbələr ölən və yaralananlarla bağlı zidiyyətli rəqəmlər verir, xəsarət alanların sayının dəqiqləşdirilməsi üçün bölgələrə qruplar göndərildiyini deyirlər.

Cavidan 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar