Qərbi Azərbaycanda mühacirlər yerli əhalini köçürməyə çalışır

20.06.2022, 10:21

Qərbi Azərbaycan əyalətinin Ağcaqala kəndinin əhalisi etnik mühacir kürdlərin onları silah və zor gücünə bölgədən deportasiya etməyə çalışdığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Kəndlilər Ağcaqala ətrafına sonradan yerləşən mühacirlərin əsasən silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, yerli əhalinin əkin və bağ sahələrinə xəsarət yetirdiyini, bölgə əhalisini təhdid edərək oradan köçmələrinə çalışdığınıı deyiblər.

"Bizi əzəldən burada yaşamağımıza, daima əmək fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq, adi avtomobil ala bilmirik. Ancaq sonradan bölgəyə gələn mühacirlər ən bahalı avtomobilləri alır, bizim ərazilərimizi zəbr edir və mal-heyvanlarımızı oğurlayırlar"-deyə, ağcaqalalılardan biri bildirib.

Son bir neçə gün ərzində demək olar ki, bütün kürd televiziya kanalları, saytları və sosial media qrupları Yaz bayramı şənliklərindən Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları irəli sürmək fürsəti kimi yararlanmağa çalışıblar.

Hətta özlərini solçu-kommunist adlandıran kürd təşkilatları Azərbaycanın Urmu, Piranşəhr, Sərdət, Soyuqbulaq, Tikantəpə kimi şəhərlərini "kürd torpaqları" adlandırıb, burada kürdlərin Yaz bayramı keçirdiklərini iddia ediblər.

Qeyd edək ki, hal-hazırda Kürdüstan əyalətində, Qürvə, Sənəndəc mahallarında yüz minlərlə türkün yaşamasına baxmayaraq, Azərbaycan təşkilatları o torpaqları türk torpaqları kimi qələmə verməyə çalışmır. 

Timur 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social