Britaniya kəşfiyyatı: Rusiya Ukraynada “Vaqner”in qırıcı təyyarələrindən istifadə edir

24.06.2022, 10:13

Rusiya Ukraynada döyüş əməliyyatlarının dəstəklənməsində “Vaqner” hərbi şirkətinin qırıcı təyyarələrindən istifadə edir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Ukrayna qüvvələri iyunun 17-də Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsinin vurulması və pilotun qısa müddət sonra ələ keçirilməsi barəsində məlumat yayıb. 

Pilot Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş mayoru olduğunu, "Vaqner" hərbi şirkəti üçün çalışdığını və münaqişə zamanı bir neçə uçuş həyata keçirdiyini etiraf edib.

““Vaqner”in podratçısı kimi çalışan və təqaüddə olan personalın yaxın hava dəstəyi missiyalarını yerinə yetirməsi onu göstərir ki, Rusiya HHQ çox güman ki, Ukraynaya hücumu kifayət qədər aviasiya heyəti ilə dəstəkləməkdə çətinlik çəkir. Bu, çox güman ki, Rusiyanın kifayət qədər təlim keçmiş kadrlarının sayının azlığı və döyüş itkilərinin kombinasiyası ilə əlaqədardır. 

Rus pilotun öz missiyalarını yerinə yetirərkən Rusiya hərbi naviqasiya avadanlıqlarından deyil, kommersiya GPS cihazlarından istifadə etdiyi bildirilir. 

Bu, çox güman ki, “Vaqner” təyyarələrinin Su-25-in köhnə modelləri olduğunu və Rusiya HHQ-nin “Vaqner”i ən müasir avionika avadanlıqları ilə təmin etmədiyini göstərir”, - deyə Britaniya kəşfiyyatının məlumatında bildirilib. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanlı media fəalı müvəqqəti sərbəst buraxılıb

2022-08-15

gun az article

Xiyavda Urmu gölünün quruması ilə bağlı aksiya keçirilib

2022-08-15

gun az article

Sarabda içməli su tapılmır

2022-08-15

gun az article

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022-08-15

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2022-08-15

gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13

gun az article

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022-08-13

gun az article

Qəzvinli jurnalist həbs cəzasına məhkum edilib

2022-08-13

gun az article

“Körpü”də müzakirə: “İranın Azərbaycanla bitməyən düşmənçiliyi”-VİDEO

2022-08-13

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda məhərrəmlikdən sui istifadəçilik” -VİDEO

2022-08-13

gun az article

Savə zindanında iki məhkum edam edilib-Onlardan biri azərbaycanlıdır

2022-08-13

gun az article

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-12