SON XƏBƏRLƏR

Urmu gölünün bərpası ilə bağlı 27 layihə dayandırılıb

2022.08.16, 08:40
Urmu gölünün bərpası ilə bağlı 27 layihə dayandırılıb

Gunaz.tv

"Urmu gölünün bərpası yalnız su nəqli ilə bitmir. Urmu Gölünün Bərpası Mərkəzində 27 layihə təsdiq olunub.

Əlaqədar nazirliklərdən layihələrin niyə dayandırıldığı və yarımçıq saxlanıldığını soruşacağam"-deyə, M.Pezeşkiyan tvitter hesabında yazıb.

Məsud Pezeşkiyan bir neçə gün bundan öncə Urmu gölünün siyasi oyunlar və hakimiyyət daxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini deyib.

"Quraqlıq, su qıtlğı, yanlış idarəetmə ilə yanaşı siyasi qarşıdurma və qrup mənafeləri Urmu gölünün bərpası üçün bacarıqlı kadrların arxa planda qalmasına səbəb olub"-deyə, o bildirib.

Bununla yanaşı Qərbi Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərindən İran parlamentində təmsil olunan nümayəndə Calal Mahmudzadə Urmu gölünün bərpası üçün ayrılan büdcənin prezident seçkilərin zamanı təbliğat kampaniyalarına xərcləndiyini deyib.

Qeyd edək ki, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün bərpa işləri gecikdirildikcə onun tamamilə yox olacağı təhlükəsi artır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar