Yanvarın 23-də Urmu şəhərinin Durnalar Yuvası idman zalında voleybol üzrə Premyer Liqanın 20-ci həftəsinin oyunları çərçivəsində Urmunun "Şəhrdari" və Tehranın "Peykan" voleybol komandalarının qarşılaşması olub.
Qarşılaşmada yüksək səviyyəli oyun nümayiş etdirən Urmu komandası 3-1 hesabı ilə tehranlı rəqibinə qələbə çalıb.
Uzun aylardan sonra zala toplaşan azərbaycanlı tamaşaçılar "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarları səsləndiriblər.
Cavidan