SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirus qurbanlarının gündəlik sayı 11 nəfərə çatdı

2022.02.17, 06:26
Şərqi Azərbaycanda koronavirus qurbanlarının gündəlik sayı 11 nəfərə çatdı

Gunaz.tv

O, xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayının 850 nəfər olduğunu və gündəlik ölüm hallarının 11 nəfərə çatdığını deyib.

 Hüseyn Həqqayi əyalətin 12 şəhərinin yüksək təhlükəli qırmızı və orta təhlükəli narıncı qrup siyahısına salındığını deyib.

Onun fikrincə, karantin şərtlərinə ciddi riayət olunmasa nəticələr daha acı olacaq.

Fevralın 17-i, cümə axşamı mediaya açıqlama verən Hüseyn Həqqayi  hazırda 206 ağır xəstənin reanimasiya bölmələrində yerləşdirildiyini, bu günə kimi 251 min 181 koronovirus xəstəsinin 7009 nəfərinin dünyasını dəyişdiyini bildirib.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmdə əyalətdə koronovirusa yoluxan və xəstəlikdən ölənlərin sayının kəskin artdığı barədə xəbərdarlıq edərək. vətəndaşların yalnız 48%-nın karantin şərtlərinə əməl etdiklərini qeyd edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar