SON XƏBƏRLƏR

Vərziğanın qızıl mədənində faciə: İki azərbaycanlı gənc həlak olub

2022.09.12, 07:05
Vərziğanın qızıl mədənində faciə: İki azərbaycanlı gənc həlak olub

Gunaz.tv

Məlumatda daha bir nəfərin ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

İran mediası həlak olanların Əndiryan qızıl mədənində qızıl əldə etmək üçün qanunsuz qazıntı apardıqları zaman öldüklərini yazıb.

Bölgədə işsizlik və yoxsulluq ucbatından adı çəkilən mədənə yaxın yerlərdə qazıntı aparan onlarla şəxs yerli uçqun və tunel qazından zəhərlənərək həyatını itirib.
  
Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndiryan” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndiryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndiryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar