Salami yenidən İsraili “məhv” etməklə təhdid edib

04.02.2019, 15:25

GünAz TV: “Sepah”ın komandir müavini Hüseyn Salami İranın raket proqramını “digərlərinin istəklərinə əsasən” dayandırmayacağını bəyan edib.

 

“Do sima” kanalına müsahibə verən Salami bildirib ki, “Avropalılar digərləri kimi İranın raket proqramını dayandırmaq üçün plan cızsa, İran strateji sıçrayışa üz tutacaq”.

 

“Strateji sıçrayış”la nəyi nəzərdə tutduğunu açıqlamayan Salami İranın istehsal etdiyi raketlərin mənzilinin digərlərinin istəyinə görə deyil, ölkəsinin strategiyası və mövcud şəraitə uyğun olaraq müəyyənləşdiyini deyib.

 

İsraili də təhdid edən Salami bildirib ki, əgər rəsmi Tel-əviv regionda yeni müharibəyə yol açacaq addım atsa, İran bu ölkəni “dünyanın siyasi xəritəsindən siləcək”.

 

Onun sözlərinə görə, İsrailin strateji dərinlik siyasəti yürütmək imkanı yoxdur və ərazisi kiçik olduğundan, “İran bu ölkəni cəmi 2 əməliyyatla yer üzündən silər”: “İsraillilər Amerikaya çox güvənməsinlər, onlar gəlincə biz İsraili xəritədən silərik”- deyə Salami iddia edib.

 

Qeyd edək ki, bir neçə gün öncə də Hüseyn Salami İsraili “xəritədən silmək”lə bağlı təhdid etmişdi. Bir neçə ay əvvəl isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xarici media orqanlarından biri ilə müsahibəsi zamanı isə bildirmişdi ki, bu günə qədər ölkəsində heç bir rəsmi İsraili “xəritədən silmək”lə təhdid etməyib.

 

Xatırladaq ki, İsrail vaxtaşırı İranın Suriya vətəndaş müharibəsində döyüşən “Sepah”ın “Qüds Briqadası”, Livan Hizbullahı və bu ölkəyə bağlı yaraqlılara qarşı hava hücumları həyata keçirir. Son belə hava hücumu yanvarın 21 baş tutmuşdu. Nəticədə ən azı 14 “Sepah” üzvü həlak olmuşdu. Bu hücumlar qarşılıq olaraq “Sepah” Suriyadan bir neçə dəfə Qolan təpələrinə raket atsa da, onlar havada İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24