SON XƏBƏRLƏR

Estoniya XİN başçısı: “Rusiyanın nüvə terroruna təslim olmamalıyıq”

2023.03.27, 07:00
Estoniya XİN başçısı: “Rusiyanın nüvə terroruna təslim olmamalıyıq”

Gunaz.tv

O bildirib ki, Rusiya Qərbə təsir göstərmək üçün nüvə təhdidlərindən fəal istifadə edir: “Kremldə oturanlar düşünürlər ki, bu, Qərbə təsir etmək üçün yeganə mexanizmdir. Rusiya psixoloji təsir vasitələrindən istifadə edir”.

Nazirin fikrincə, indiki nüvə müharibəsi təhdidi Soyuq müharibə dövründəkindən daha təhlükəlidir.

U.Reynsalu, həmçinin söyləyib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü aylar yox, illər tələb edir: “Müharibə başa çatdıqdan sonra isə Ukraynanın NATO-ya üzvlük məsələsinin alternativi yoxdur”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar