Tikabın yerli olmayan bələdiyyə sədri oyun meydançasında yerə PKK bayrağının təsvirini çəkdirib - FOTO

28.12.2019, 09:25

GünAz TV: Əslən Divandərədən olan Tikantəpənin (Tikab) bələdiyyə sədri Nasih Məhəmmədxani şəhərdə Pejakın simvollarından sonra, indi də PKK terror təşkilatının bayrağını hazırladıb.

 

Bayrağın şəkli Tikantəpənin Millət Bağı bölgəsində uşaqlar üçün hazırlanmış oyun meydançasında yerə çəkilib. Nasih Məhəmmədxani son dərəcə hayasızlıqla, bu fotonu şəhər bələdiyyəsinin rəsmi İnstagram səfihəsində paylaşıb. Fotonun üzərində layihənin birbaşa Nasih Məhəmmədxaninin göstərişi ilə icra edildiyi yazılıb.

 

 

Kürd terrorizmi tərəfdarı olan bu bələdiyyə sədri digər İnstagram postlarından fərqli olaraq, insanların narazılıq edəcəyini bildiyindən, sözügedən şəkildə komment bölməsini bağlayıb.

 

Cari ilin oktyabr ayında Tikantəpənin yerli olmayan bu bələdiyyə sədri içərisində Pejak terror təşkilatının simvolları əks edilmiş dəf musiqi alətinin simvolunun hazırladıb, şəhərin Şərifabad küçəsində asdırmışdı. Şəhər əhalisinin etirazlarından sonra Pejak elementləri oradan çıxarılmışdı.

 

Nasih Məhəmmədxaninin Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərdə yerli türklərlə mühacir kürdlər arasında gərginliklər artmaqdadır. Hətta dekabrın 20-də Nasih Məhəmmədxaninin tərəfdarları olan kürdlərlə yerli türk əhali arasında qarşıdurma yaşanmış, nəticədə 116 nəfər polis tərəfindən saxlanmışdı.

 

Əslən Divandərədən olan Nasih Məhəmmədxani bu ilin may ayına qədər öz doğulduğu şəhərdə bələdiyyə sədri olmuş, daha sonra istefa vermişdi. Deyilənlərə görə, ETTELAAT-ın Divandərə şöbəsində onun barəsində təhlükəsizlik məsələlərilə əlaqəli cinayət işi baladılıbmış və Məhəmmədxani də buna görə istefa verməli olub.

 

“İrna”nın məlumatına əsasən, həmin vaxt Divandərə Şəhər Şurasının üzvü Mazyar Həbibi istefa ilə əlaqədar bildirmişdi ki, “şəhərin bələdiyyə sədri şəxsi problemlərə görə işinə davam edə bilməyəcək”.

 

Şübhəli və haqqında təhlükəsizlik məsələlərilə bağlı cinayət işi açılmış Məhəmmədxani Tikantəpə Şəhər Şurasının xain üzvü Humayun Haşimi, eləcə də Süməyya Almasi və Hüseyn Mikayıli adlı digər 2 üzvü “canfəşanlığı” və yardımı ilə şəhərə bələdiyyə sədri təyin edilib.

 

Regionda fəaliyyət göstərən terrorçu kürd təşkilatları ilə sıx əlaqəsi olan Nasih Məhəmmədxani onlar tərəfindən istiqamətləndirilir. Bələdiyyə sədrinin İnstagram səhifəsindəki paylaşımları və tərəfdarlarının kommentlərinə diqqət yetirdikdə, onların necə radikal təfəkkürə malik olduqları aydın olur. Sədr onu tənqid edənlərin şərhlərini silir, tərəfdarları isə həmin tənqidçinin səhifəsini şikayət edərək sildirirlər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan hərbçiləri Türkiyəyə yardım göndərib

2023-02-09

gun az article

Zelenski Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib

2023-02-09

gun az article

Xankəndi-Laçın yolundakı aksiya 60 gündür davam edir: etirazçıların fəallığı yüksəkdir

2023-02-09

gun az article

Türkiyədə zəlzələdə ölənlərin sayı 12 873-ə çatıb, 62 937 nəfər yaralanıb

2023-02-09

gun az article

Azərbaycan xilasediciləri 37 nəfəri dağıntılar altından sağ, 145 nəfərin isə meyitini çıxarıb-VİDEO

2023-02-09

gun az article

İranda tanınmış vəkil həbsdən çıxdıqdan sonra vəfat edib

2023-02-09

gun az article

Fuat Oktay: "Zəlzələ bölgəsindən kənarda 10 vilayətdə 1 milyon 60 min yer hazırlanıb"

2023-02-08

gun az article

“Qardaşlığımız əbədidir” QHT koalisiyası Türkiyəyə dəstək aksiyası keçirib- VİDEO

2023-02-08

gun az article

Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb

2023-02-08

gun az article

İran səhiyyə sistemində hicabsızlara qarşı tədbirlər görüləcək

2023-02-08

gun az article

Prezident İlham Əliyev Türkiyə səfirliyində olub, başsağlığı verib

2023-02-08

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İranda həbs edilən 14 etirazçı edam təhlükəsi ilə üzləşib"

2023-02-08

gun az article

Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb

2023-02-08

gun az article

İranda dərman çatışmazlığı şiddətlənəcək-Xəbərdarlıq

2023-02-08

gun az article

İran müxalifəti Münhenə dəvət edildi

2023-02-08

gun az article

Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü

2023-02-08

gun az article

ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi

2023-02-08

gun az article

Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb

2023-02-08

gun az article

Türkiyə Prezidenti Kahramanmaraşa gedəcək

2023-02-08

gun az article

İranda tibb işçilərinin xaricə axını davam edir

2023-02-08