SON XƏBƏRLƏR

“Traxtur” klubu İran yığmasının müdafiəçisini komandaya cəlb etmək istəyir

2021.10.20, 07:36
“Traxtur” klubu İran yığmasının müdafiəçisini komandaya cəlb etmək istəyir

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası İran yığmasının müdafiəçisi Ramin Rzaiyanı komandaya cəlb etməyə çalışır.

 

Məlumata görə, klub məsulları 18-ci super liqa yarışlarına daha güclü oyunçularla başlamaq istəyir, bu məqsədlə artıq İran yığmasının müdafiəçisi ilə danışıq aparılıb. Futbolçu yekun cavab vermək üçün 2 həftə vaxt istəyib.

 

R.Rzaiyan Azərbaycan klubunun məsullarına bildirib ki, o xarici komandalara üstünlük verir, lakin bu mümkün olmasa, “Traxtur” klubu ilə ciddi danışıqlara başlayacaq.

 

Ramin Rzaiyan

 

Başqa bir xəbərə görə, Azərbaycan klubu Məsud Şucaini də kluba transfer etməyə çalışıb. Bu məqsədlə futbolçuya  müraciət olunub, lakin o İran klublarına dönməyi planlaşdırmadığını bildirib.

 

Bu arada “Traxtur” komandasının sahibi Məhəmmədrza Zenuzi sahibi olduğu digər Təbriz komandası “Maşınsazi”ni nəşhur baş məşqçi Rəsul Xətibiyə buraxıb.

 

Bu barədə iyulun 13-də klub rəhbərliyi ilə R.Xətibi arasında keçirilən iclasda qərar verilib. Məlumata görə, klubun icraçı direktoru Səid Hacızadə öz vəzifəsində qalaraq fəaliyyətini davam etdirəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar