SON XƏBƏRLƏR

“Traxtur” komandası İsfahan təmsilçisini belə şumladı – VİDEO

2021.10.20, 07:36
“Traxtur” komandası İsfahan təmsilçisini belə şumladı – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası noyabrın 9-u yerli vaxtla saat 15:30-da İsfahan təmsilçisi “Zob Ahən”i səhənd stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının 12-ci həftəsində keçirilən görüşdə Azərbaycan komandası kəskin qələbə əldə edib, oyun 4:1 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Oyunun 57, 59 və 64-cü dəqiqələrində şotlandiyalı hücumçu Lori Erin və 75-ci dəqiqədə Məsud Şucai “Traxtur” tərəfindən, 27-ci dəqiqədə isə Möhsün Müsəlman “Zob Ahən” tərəfindən qol vurublar.

 

Görüşdə 70 min nəfərdən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

 

Oyun zamanı çoxlu milli şüarlar səsləndirilib.

 

Bu nəticədən sonra "Traxtur" 22 xalla turnir cədvəlinin 3-cü və "Zob Ahən" 11 xalla cədvəlin 11-ci yerində qərarlaşıb.

 

Video:

https://www.youtube.com/watch?v=Kvg1mHbnMEA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar