SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibini cümə günü qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibini cümə günü qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti görüşdə İsfahanın “Zob Ahən” komandası ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 12-ci həftəsində keçiriləcək qarşılaşma cümə günü baş tutacaq.

 

Görüş noyabrın 9-ü yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda başlayacaq.

 

“Traxtur”-“Zob Ahən” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

“Traxtur” klubunun yaydığı məlumata görə, Təbriz və İsfahan təmsilçilərinin oyununa bilet pulsuz olacaq. Bu barədə “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi qərar qəbul edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar