“Human Rights”: “İran ölüm hökmündən etirazçıları qorxutmaq üçün istifadə edir”

08.12.2022, 07:46

“İran ölüm hökmündən etirazçıları qorxutmaq üçün istifadə edir”/ Bunu “Human Rights” təşkilatı bəyane dib. Bu barədə “Express” məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq insan hüquqları təşkilatları İranda etirazçıları qorxutmaq üçün ölüm hökmündən istifadədən şübhələnirlər.

Dekabrın 5-də İran məhkəməsi Kərəcdə əxlaq polisi Ruhulla Adamyanın ölümü ilə bağlı 5 nümayişçini ölüm cəzasına məhkum edib. Ümumilikdə edama məhkum edilənlərin sayı isə 11 nəfərə çatıb.

“Bu insanlar heç bir qanuni proses və ya ədalətli mühakimə olmadan, İnqilab Məhkəməsinin qapalı qapıları arxasında edam cəzasına məhkum ediliblər, onların hökmləri heç bir hüquqi qüvvəyə malik olmayıb.

Bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlardan yayındırmaq məqsədilə həyata keçirilir”, - “Human Rights”ın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddam bildirib.

Böyük Britaniyanın “Amnesty International” təşkilatı da nümayişlərdə iştirak etdiyinə görə həbs olunan azı 28 nəfərin edam riski ilə üz-üzə qalması barədə məlumat yayıb.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, bir il əvvəl edam edilənlərin sayı ilə müqayisədə 200 nəfər çoxdur.

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03

gun az article

Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02