ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb

28.01.2023, 03:16

ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanat Dövlət Departamentinin saytında yer alıb.

Bəyanatda Birləşmiş Ştatların səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum şiddətlə pislənilib.

“Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq.

Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - bəyanatda qeyd olunub.

Dövlət Departamentinin bəyanatında, həmçinin terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara tezliklə şəfa arzu olunub.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28