SON XƏBƏRLƏR

Avropa Parlamentinin üzvləri İranda həbsdə olan belçikalının azad edilməsini tələb ediblər

2023.01.26, 12:40
Avropa Parlamentinin üzvləri İranda həbsdə olan belçikalının azad edilməsini tələb ediblər

Gunaz.tv

Avropa Parlamentinin nümayəndələri bu məktubu Avropa Komissiyası və Avropa Şurasının sədrinə, Avropa Birliyinin xarici siyasət rəhbərinə və Avropa Parlamentinin başçısına və Belçika hökumətinə yazıblar.

Avropa Parlamentinin üzvləri Vandekastelin SEPAH tərəfindən həbsini özbaşınalıq, onun saxlanma şəraitini isə tamamilə qeyri-insani adlandırıblar.

41 yaşlı yardım işçisi Oliviye Vande Kastel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və o, missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib

Ona qarşı "başqa ölkənin xeyrinə casusluq", "çirkli pulların yuyulması", "valiyuta qaçaqmalçılığı" və "düşmən Amerika dövləti ilə əməkdaşlıq" ittihamları ilə 28 il həbs cəzası verilib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar