SON XƏBƏRLƏR

Zəncan universitetində etiraz aksiyası

2021.10.20, 07:36
Zəncan universitetində etiraz aksiyası

Gunaz.tv
Zəncan universitetində etiraz aksiyası guneyuniversitet.jpg Tələbələr rektor müavininin qapısını sındırıblar Beynəlxalq təzyiq artdıqca fars-molla rejimi özünü itirir Böyük Britaniyanın baş naziri Qordon Braun bu həftə Brüsseldə keçiriləcək Avropa Birliyi zirvəsində İrana qarşı daha sərt sanksiyaların tətbiqi barədə məsələ qaldıracağını bəyanlayıb. İngiltərədə səfərdə olan Corc Buşla görüşdə Qordon Braun İranın "Melli Bank"ı da daxil olmaqla rəsmi Tehrana qarşı sanksiyaların tətbiqi üçün Avropa ölkələri rəhbərlərinin razılığını almağa çalışacağını açıqlayıb. Corc Buş və Qordon Braun birgə görüşdə keçən həftənin sonu Qərbin irəli sürdüyü təklifləri İranın qəbul etməsini, əks halda daha sərt sanksiyalarla qarşılaşacağını, beynəlxalq təcridlə qarşılacağını bildiriblər. Corc Buş İranın barışçı nüvə proqramına sahib olma niyyətinin "xoş göründüyünü", amma rəsmi Tehrana inanmadıqlarını, güvənmədiklərini vurğulayıb. Təbriz Quzeyli Corc Buş İranı Rusiyanın "uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirmə" təkliflərini qəbul etməyə çağırıb. Xatırladaq ki, ABŞ İranın "nüvə və ballastik raket proqramlarına dəstək verdiyinə görə" keçən ildən "İran Melli Bank"a qarşı sanksiyaların tətbiqinə başlayıb. AB isə BMT-nin sanksiyalarıyla yanaşı, İrana silah embarqosu və səyahət qadağası tətbiq edir. Ötən həftənin cümə günü AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Havyer Solona Tehrana bir çözüm planı verib. Brüssel uranın zənginləşdirilməsinin dayandırılmasının əvəzində İranla yenidən müzakirələrə başlamağı, nüvə enerjisindən istifadə etmə zəmanəti, bir sıra sahələrdə ticarət və siyasi işbirliyi təklif edir. Hələlik AB İranın cavabını gözləyir. Beynəlxalq təzyiqlərə məruz qaldığına işarə vuraraq, özünü xalqa məzlum göstərib hakimiyyətinin ömrünü uzaltmağa çalışan İranın fars-molla rejimi isə get-gedə ağlını itirir. 1979-cu ildən bəri hakimiyyəti ələ keçirib siyasət yapan mollalar əsl mahiyyətlərini, əslində mahiyyətsizliklərini ortaya qoyurlar. Yenə də kişi və qadın geyimləri gündəmə gəlib. Sanki qapalı geyim fars-molla rejiminin şeytanlıqlarını, xəyanətkarlığını, qorxaqlığını, əzazilliyini, terrorizmi dəstəkləməsini və s. mənfi xüsusiyyətlərini üzə çıxarmağa qoymur. Fars-molla rejimi insanların geyimlərinə inqilabın ən mühüm atributu kimi baxır. Ona görə də zaman-zaman İran əxlaq polisinin şəhər küçlərində reydə çıxması, geyim qaydalarına əməl etməyənlərin cəzalandırması və s. haqda məlumatlar mətbuatın gündəminə gəlir. Hər dəfə beynəlxalq təzyiq artanda İran rejimi insanları daha çox qara çadraya bükməyə çalışır. İran mətbuatının dünən yaydığı məlumata görə ölkədə qadınlara dar manto, kişilərə isə dar şalvar satan xeyli mağaza bağlanılıb. Əxlaq polisi havanın istiləşməsi səbəbindən "uyğun olmayan qiyafətdə" gəzənlərə qarşı yeni qadağaların tətbiqinə başlayıb. Bu tədbirlər çərçivəsində polis dar manto və paltar geyinən qadınlara, dar şalvar geyən, saçını Qərb stilində vurduran kişiləri saxlayır və qiyafətlərini düzəltməkləri haqqında xəbərdarlıq edir. Xəbərdarlıq olunan şəxslər ikinci dəfə saxlanılsa əxlaq polisi onun sənədlərini məhkəməyə göndərir. Əxlaq polisi saxladıqları şəxslərdən paltarı hansı mağazadan aldığını, saçını hansı bərbərdə vurdurduğunu soruşur və mağazanı qapadır, bərbərin lisenziyasını əlindən alır. Güneydən gələn məlumatlardan belə nəticəyə gəlmək olar ki, universitetlərdə "qazanlar qaynamaqdadır". Ötən həftə diplom verilmədiyinə görə etiraz aksiyası keçirən Təbriz universitetinin tələbələri təhlükəsizlik komitəsinin təzyiqlərinə məruz qalrlar. Onlar hələ də diplom işinin müdafiəsinə buraxılmırlar. Tələbə Nadir Məhdqarabağı iki il müddətinə təhsildən məhrum olunub. Ona qarşı universitet daxilində aksiyalar keçirmək, hakimiyyətin əleyhinə çıxmaq ittihamı qaldırılıb. İyunun 10-da "Ettellat"ın həbs etdiyi Ərdəbil Universitetinin tələbəsi, Azərbaycan türkcəsində təhsil uğrunda hərəkatın fəalı Əsgər Əkbərzadədən isə xəbər yoxdur. Onun anası Həmayil Əzizi bildirib ki, oğlunu imtahan mövsümünün qızmar çağında qanunsuz yerə həbs ediblər. Xatırladaq ki, Əsgər Əkbərzadə 2006-cı ilin may hadisələrindən sonra həbs olunub və 700 dollar cərimə verərək azadlığa buraxılıb. Həmin ilin sentyabrında "Türk dilində mədrəsə" şüarı ilə çıxış etdiyinə görə 4 ay müddətinə həbs olunub, Beynəlxalq Amnistiya Təşkilatı onun haqqında iki dəfə bəyanat verib. Əsgər Əkbərzadə 2008-ci ilin aprelində cəzasını başa vurub universitetə qayıtmışdı. Dünən isə İranın islahatçı "İtimad" qəzeti yazıb ki, Zəncan Universitetində yüksək vəzifəli təhsil nümayəndəsini tələbə qızı zorlamaqda günahlandıran aksiya iştirakçıları rəhbərliyin istefası tələbini irəli sürüblər. Tələbələr rektor müavininin otağının qapısını sındırıb, şübhəli şəxsi təhlükəsizlik qüvvəsinə təhvil veriblər. Üç min tələbənin qatıldığı etiraz aksiyasının iştirakçıları əsl günahkarın elm, texnologiya və tədqiqat naziri Mehdi Zahidinin olduğunu bəyanlayıb, onun üzr istəməsini tələb ediblər. Zəncan universitetinin rektoru Əli Rza Heddaf isə İran Tələbə Xəbər Agentliyinə (İSHA) verdiyi açıqlamada tələbələri "diqqətli və məsuliyyətli" davranşlarına görə təbrik edib, onları soyuqqanlı və sakit olmağa çağırıb. Rektor hadisə ilə bağlı ədliyyə orqanlarına müraciət olunduğunu, hüquqi işlərin başladıldığını açıqlayıb. Aksiyalar nəticəsində Zəncan universitetində imtahanlar təxirə salınıb. Hazırda sakitlikdir. İyunun 13-də isə Tehran polisi Millət parkına toplaşaraq İran məhkəmə sistemini tədqiq və araşdırma komissiyasının rəhbəri, prezident Mahmud Əhmədinejadın yaxın adamlarından olan Abbas Palizdarın azadlığını tələb edən dinc aksiyanı dağıdıb. Xatırladaq ki, o, Şiraz və Həmədan universitetlərində çıxışında ölkənin 50-dən çox rəsmi şəxsinin, tonların ailə üzvlərini iqtisadi fırıldaqlarda, hökumət əmlakını mənimsəməkdə, hətta əxlaq pozğunluğunda günahlandırıb. Onun çıxışlarının videolentləri tələbələr arasında yayılıb, internetdə yerləşdirilib. İyunun 12-də isə o dövlət əleyhinə çıxışlarda günahlandırılaraq həbs olunub. Tərəfdarlaorının fikrincə, Abbas Palisdar haqlıdır və əsassız yerə həbs olunub. Göründüyü kimi beynəlxalq təzyiqlərə məruz qalan İranın fars-molla rejimi xüsusi olaraq Azərbaycan türklərini hədəfə götürür. bir müddət əvvəl Muğan (Pasdaran) vilayətinin Qaradağlı kəndində İran İnqilab Keşikçiləri Korpusunun ("Sepahi-Pasdaran") Qaradağlı kəndində etiraz aksiyası keçirilən yerli əhalini qana boyadığı haqqında məlumat vermişdik. Araz çayı boyunca yerləşən torpaq sahələrinin zorla əllərindən alınaraq "Sepahi-Pasdaran"ın "Firdövs" şirkətinə verilməsinə etiraz edən Qaraxanlı, Böyükxanlı, Xəlilkənd, Ayaz kəndlərinin sakinləri Ərdəbil ostandarına ciddi etirazlarını bildiriblər. Məlumatlara görə, üç il əvvəl İranın Ali Məhkəməsi bu torpaq sahələrinin kənd sakinlərinə məxsus olması haqqında qərar çıxarmasına baxmayaraq, "Sepahi-Pasdaran" həmin hökmü icra etmir. İyunun 2-də baş verən olaylarda Hacı Həmzə Dərgahi ağır yaralanıb, onun oğlu Nurəddin Dərgahi (Qaradağlı) həlak olub. Babək Muradi ciddi yaralanaraq Təbriz xəstəxanasına aparılıb. Bundan başqa, Mənsur Bədəli, (Ayaz kəndi), Şəhriyar Kiyai (Xəlil kəndi), Şəhriyar Kamali (Qaradağlı) ağır yaralanaraq xəstəxanalara aparılıblar, indiyədək onların harda olduğu bilinmir. Hadisələr zamanı Fərəh Bədəli, Mənzər Bədəli, Əzizə Bədəli, Solmaz Dərgahi, Əli Əlizadə, Əfşar Əlizadə, Mədət Əsədzadə, Bəhmən Əlizadə və başqaları döyülüb və ya yaralanıblar. Hazırda "Sepah" adı çəkilən kəndləri mühasirədə saxlayır, kənd sakinlərinin ətraf aləmlə əlaqələri kəsilib... calq cebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar