SON XƏBƏRLƏR

"Heç kim Azərbaycanda dini və etnik münaqişə yarada bilməz"-QHT sədri

2022.10.16, 09:32
"Heç kim Azərbaycanda dini və etnik münaqişə yarada bilməz"-QHT sədri

Gunaz.tv

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində növbəti - üçüncü tədbirini Lənkəran rayonunda keçirib.

Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü geniş çıxış edib, ictimai təşkilatın 17 illik fəaliyyətindən, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirməsindən bəhs edib. 

Azərbaycanda multikulturalizmin həyat tərzi və dövlət siyasəti olduğunu vurğulayan M.Göyüşlü ölkəmizin dini-milli zənginliyini, müxtəlifliyini dünyaya çatdırmağın əhəmiyyətini vurğulayıb. 

isa8irQ.png

O, cənub bölgəsinin sakinlərinin vətənpərvərliyini, Azərbaycan dövlətçiliyinə sadiqliyini diqqətə çatdıraraq II Qarabağ müharibəsində bu faktın qələbənin qazanılmasında çox ciddi rol oynadığını söyləyib. 

M.Göyüşlü Azərbaycanda dini və milli zəmində hər hansısa problem olmadığını, cəmiyyətin vahid orqanizm şəklində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə Azərbaycanda dini, etnik münqaişə yaratmaq istəyənlər məhvə və məğlubiyyətə düçar olurlar, olacaqlar.

Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəis müavini Yusif Xamiyev tədbir iştirakçılarını, xüsusən gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, təbliğ edilməsində aktiv olmağa səsləyib. Y.Xamiyev rayonda gənclər və idman siyasətinin uğurla rellaşdırıldığını, Lənkəran gənclərinin vətənpərvər, sağlam, dəyərlərə bağlı şəkildə formalaşması üçün müntəzəm şəkildə çalışmalar həyata keçirildiyini qeyd edib.

ADPU-nun tələbəsi, ictimai fəal Anar Salehoğlu tarixə ekskurs edərək Azərbaycan xalqının dövlətçilik tarixindən, apardığı azadlıq mübarizələrindən geniş şəkildə bəhs edib. A.Salehoğlu müasir dövrdə Azərbaycanın dövlətinin qüdrətli ölkə olduğunu, milli-mənəvi dəyərlərin, multikulturalizmin qorunması istiqamətində məqsədyönlü iş aparldığını açıqlayıb, gəncləri daim bu istiqamətdə fəal olmağa səsləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional şöbəsinin əməkdaşı Emin Həmidli ölkədə dini və etnik problemlər yaratmaq istəyənlərə qarşı mübarizə aparıldığını qeyd edib. O, Azərbaycanda, xüsusilə də cənub bölgəsində dini sahədə durumun qənaətbəxş olduğunu, daim təbliğat, maarifləndirilmə aparıldığını, insanların öz mənəvi dəyərlərinə bağlı şəkildə yaşadıqlarını açıqlayıb.

Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.

 Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar