SON XƏBƏRLƏR

İran hökuməti ölkəyə radiasiyalı ət məhsulları gətirmək istəyirmiş

2023.05.27, 14:10
İran hökuməti ölkəyə radiasiyalı ət məhsulları gətirmək istəyirmiş

Gunaz.tv

“Kənd Təsərrüfatı Nazirliyinin həmin məktubunda “Çernobıl faciəsindən sonra bəzi bölgələrində radioaktiv çirklənmə ilə əlaqədar Belarusdan toyuq ətinin idxalı qadağandır”-qeyd edib.

10 may 2023-cü il tarixli məktub Ticarət və Bazarın Tənzimlənməsi nazirinin müavini Peyman Paka və Ticarətin İnkişafı Təşkilatının direktor müavini Şirvəndə ünvanlanıb. 

Məktubda həmçinin bildirilir ki, Belarusdan radiyasiyalı toyuq ətinin idxalı ölkə üçün ciddi problemlərlə nəticələnə bilər.

Həmçinin qeyd olunub ki, bu cür toyuq ətindən hazırlanmış qidalar insanlarda təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Çernobıl AES-dəki partlayışdan sonra Yer atmosferinə Xirosimaya atılmış nüvə bombasından 400 dəfə çox radioaktıv maddələr atılıb.  

 İran bir müddət öncə ölkəyə misli görünməmiş miqdarda çox toyuq ətinin idxal olunacağını bəyan etmişdi.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar