SON XƏBƏRLƏR

1 il həbs, 2 il sürgün, 4 il seçkidə iştiraka qadağa

2021.10.20, 07:36
1 il həbs, 2 il sürgün, 4 il seçkidə iştiraka qadağa

Gunaz.tv
1 il həbs, 2 il sürgün, 4 il seçkidə iştiraka qadağa QHT nümayəndəsi barədə məhkəmə hökmü belədir Güney Azərbaycanda fəaliyyət göstərən "Evrin-Xoy" qeyri-hökumət təşkilatının rəhbərlərindən olan İbrahim Cəfərzadənin məhkəməsi keçirilib. Ailəsinin verdiyi məlumata görə, QHT təmsilçisi məhkəmə qərarı ilə bir il həbs cəzası alıb. Bundan başqa o iki il Bazərcan şəhərinə sürgün edilib. İ.Cəfərzadə 3 il ictimai-siyasi fəaliyyətdən də məhrum edilib. Onun barəsində çıxarılan məhkəmə hökmündə həmçinin Cəfərzadənin 4 il parlament seçkilərində iştirakını qadağan edən maddə də yer alıb. ("OLAYLAR"İA) --------------------------------------------------------------------- NATO heç bir şərt qoymur Müdafiə nazirinin mülki şəxs olması barədə NATO müdafiə nazirinin mülki şəxs olması ilə bağlı üzv olan heç bir ölkə qarşısında şərt qoymur. Bu barədə açıqlamanı Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev verib. ("OLAYLAR"İA) "Heç bir beynəlxalq təşkilat hansısa bir ölkə qarşısında belə bir öhdəlik qoya bilməz. Azərbaycan müstəqil bir respublika kimi hər bir siyasətini özü müəyyən edir". Kamil Xasıyev bildirib ki, hərbi alyansın üzvü olan heç bir ölkədə Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etmir". Kamil Xasıyev Azərbaycanla NATO arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini də deyib. Daimi nümayəndəliyin rəhbəri Azərbaycanda silahlı qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesinin sürətləndiyini də vurğulayıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar