SON XƏBƏRLƏR

Güneyli fəalllar barədə məhkəmə qərarı elan olunub

2021.11.01, 12:29
Güneyli fəalllar barədə məhkəmə qərarı elan olunub

Gunaz.tv

Milli fəallar Təbriz Cəza Məhkəməsinin 111-ci bölməsinin bundan öncə onlara qarşı irəli sürülən “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamından bəraət alıblar.

Barələrində qərar çıxan fəallar Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazimi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasimi və Munirə Çəmən Gülzardır.  

Adıçəkilən fəallar iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılıb.

Onların bir çoxu ETTELAAT Təcridxanasında dindirildikdın sonra Təbriz zindanına köçürülüb və girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar