SON XƏBƏRLƏR

2026-cı ildə futbol üzrə dünya çempionatı bu ölkələrdə keçiriləcək

2021.10.20, 07:36
2026-cı ildə futbol üzrə dünya çempionatı bu ölkələrdə keçiriləcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanada Futbol üzrə 2026-cı il Dünya çempionatının keçirilməsi hüququnu qazanıb.

 

ABŞ səfirliyi facebook səhifəsində qeyd edir ki, FIFA-nın üzvləri 134-65 nisbəti ilə səs verərək 1994-cü ildən etibərən ilk dəfə Dünya Kubokunu Şimali Amerika qitəsinə qaytarıb.

 

2026-ci ildə keçiriləcək turnirdə 48 komanda 16 şəhərdə yarışacaq. Kanadanın Edminton, Meksikanın Mexiko, ABŞ-ın Mayami və Siyetl şəhərləri çempionatın oyunlarını qəbul edəcək.

 

ABŞ səfirliyi bildirir ki, 1994-cü ildə ABŞ-da keçirilən Dünya Kubokuna gələn azarkeş sayı rekordunu indiyə qədər heç bir futbol çempionatı qıra bilməyib.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar