SON XƏBƏRLƏR

“21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə bildiriş vərəqələri paylanılıb, divarlara milli şüarlar yazılıb - Güney şəhərlərində / GÖRÜNTÜ

2021.10.20, 07:36
 “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə bildiriş vərəqələri paylanılıb, divarlara milli şüarlar yazılıb - Güney şəhərlərində / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü ərəfəsində Güney şəhərlərində çox sayda tədbirlər həyata keçirilib.

Məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları Təbrizdə divarlara milli şüarlar yazıblar.

Dekabrın 11-dən 12-nə keçən gecə Təbriz şəhərinin müxtəlif məntəqələrində divarlara “21 Azər, Güney Azərbaycanın müstəqillik günü mübarək olsun” və “1324-cü ildə (1945-ci il) babalarımız Məhəmməd Rza Şaha, bu gün isə biz Rza Pəhləviyə yox deyirik” kimi şüarlar yazılıb.

 



Urmiyədə isə bu tarixi hadisənin ildönümü münasibəti ilə çox sayda bildiriş vərəqələri paylanılıb.

Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən hazırlanan bildiriş vərəqələri dekabrın 11-i axşaam saatlarında şəhərin müxtəlif məntəqələrində yayılıb. Vərəqələrdə Milli Hökumətin qurulması, onun idarəçilik modeli, görülən abadlıq işləri, Pəhləvi ordusunun Azərbaycana hücumu və törətdiyi qətliam, türk dilində olan kitabların İran ordusu tərəfindən yandırılması və s. kimi məsələlərə toxunulub.

Bildiriş yayan fəallar, insan hüquqlarını müdafiə edən qurumları mövzu ilə bağlı Beynəlxalq İnsan Hüquqları Təşkçilatlarına şikayət ünvanlamağa çağırıblar.


1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.


Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edilib. Müxtəlif mənbələrdə işğalçı tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.


Azərbaycan Milli Höküməti bir illik hakimiyyəti dövründə xalqın dəstəyi ilə bir şox önəmli işlər həyata keçirib. Qadınlara səsvermə hüququnun verilməsi, Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. hökumətin gördüyü işlər sırasındadır.

Bundan əlavə, Milli Hökumət aşağıdakı işləri də həyata keçirib.

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
– Hökümət iri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Güney Azərbaycan Milli Ordusu yaradıldı və … .

 

Bildiriş vərəqələri:

 


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar