SON XƏBƏRLƏR

4 il əvvəl vəfat edən azərbaycanlı fəalın ildönümü mərasimi keçirilib – Xoy şəhərində

2021.10.20, 07:36
4 il əvvəl vəfat edən azərbaycanlı fəalın ildönümü mərasimi keçirilib – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində 4 il əvvəl dünyasını dəyişmiş milli-mədəni fəal Kərəm Dövdaninin ildönümü mərasimi keçirilib.

 

Mərasim şənbə günü, mayın 5-də mərhumum vəfatının 4-cü ildönümü günü keçirilib. O 2014-cü ilin may ayında xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

Mərasimdə çox sayda azərbaycanlı fəalın iştirak etdiyi bildirilir. Mərhum fəalın məzarı üstünə gül dəstələri qoyan milli-mədəni fəallar Azərbaycanın milli marşını oxuyaraq onun əziz xatirəsini hörmətlə yad ediblər.

 

K.Dövdani Urmu gölünün qurumasına sərt etiraz bildirən fəallardan olub. O, Urmu gölünün xəritəsini Azərbaycan bayrağının rəngləri ilə qəbirinin üstünə həkk olunmasını vəsiyyət etmişdir. Mərhumun vəsiyyəti yerinə yetirilib, lakin qəbirin üstünə həkk olunan təsvirdən vahiməyə düşən təhlükəsizlik qüvvələri onu başqa bir qəbir daşı ilə əvəz ediblər. İran təhlükəsizlik qüvvələrinin əxlaq normasına sığmayan hərəkəti sosial şəbəkələrdə geniş etirazlara səbəb olmuşdur.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar