SON XƏBƏRLƏR

Vaşinqtonda “Xocalıya ədalət” tələbi: Amerikada yaşayan azərbaycanlılar aksiya keçirib-FOTOLAR

2022.02.26, 18:47
Vaşinqtonda “Xocalıya ədalət” tələbi: Amerikada yaşayan azərbaycanlılar aksiya keçirib-FOTOLAR

Gunaz.tv

Hər il olduğu kimi bu il də xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocalı soyqırımının anım günündə dünyanın siyasi mərkəzlərində anım tədbirləri, erməni faşizminə qarşı etiraz aksiyaları təşkil edirlər. 

Fevralın 26-da yerli vaxtla saat 13.00-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqresin binasının qarşısında ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirilib. 

Çıxış edənlər Ermənistanın siyasi elitasının, o cümlədən sabiq prezidentlər Robert Köçəryanın, Serj Sarkisyanın, sabiq müdafiə naziri Serj Ohanyanın, yazıçı Zori Balayanın əli uşaq qanına batmış soyqırım qatilləri olduğunu bildiriblər. 
 

Aksiyada “Xocalı ədalət” şüarı səsləndirilib, soyqırım qurbanlarının xatirəsi anılıb, beynəlxalq təşkilatlardan əsrin cinayətini törətmiş erməni cəlladlarının cəzalandırılması tələb edilib.

Aksiyada Azərbaycan Respublikasının, Türkiyənin, Ukraynanın, Pakistanın dövlət bayraqları qaldırılıb.

Amerikanın Virciniya, Kaloforniya və digər ştatlarında yaşayan azərbaycanlıların da qatıldığı aksiyaya ukraynalı, pakistanlı, türkiyəli fəallar da iştirak edib.

Aksiyada Güney Azərbaycan Televiziyasının (Günaz.TV) rəhbəri Əhməd Obalı da çıxış edib. Əhməd Obalı Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixindən danaışıb.  Qeyd edib ki, Ermənistan müttəfiqlərinin köməyi ilə Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. 

Onun sözlərinə görə, Azərbaycan 30 ildən sonra ədaləti bərpa edərək öz torpaqlarını erməni işğalından azad edib.

Xocalıda azərbaycanlılara qarşı törədilən dəhşətlərdərn danışan Əhməd Obalı dünya birliyini ədalətli mövqe göstərməyə səsləyib. 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.

Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 

1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bu dəqiqələrəd aksiya davam edir.

nVtvW2Q.jpg

Mr5nQCO.jpg

iWRrYIg.jpg

1AfzGnz.png
Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar