SON XƏBƏRLƏR

Abdulla Gül İrəvana getməyəcək

2021.10.20, 07:36
Abdulla Gül İrəvana getməyəcək

Gunaz.tv
Abdulla Gül İrəvana getməyəcək abdulla-gul.jpg Türkiyə prezidenti Abdulla Gül ölkənin milli futbol komandasının Ermənistan yığmasına qarşı keçirəcəyi matçı izləmək üçün İrəvana getməyəcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Gülün bu qərarı dünən Türkiyənin dünya ölkələrindəki səfirlərinə verdiyi ziyafət zamanı bəlli olub. A.Gül qərarını birbaşa deyil, dolayı fikirlərlə açıqlayıb. Türkiyə prezidenti dəfələrlə Ermənistana xoş mesajlar göndərdiklərini, lakin adekvat cavab almadıqlarını bildirib. Qeyd edək ki, sentyabrın 6-da İrəvanda Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Ermənistan milli komandası Türkiyə millisini qəbul edəcək. Ermənistan prezidenti Serj Sarkisyan həmin oyunu izləmək üçün türkiyəli həmkarını ölkəsinə dəvət edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar