SON XƏBƏRLƏR

"Azərbaycan əmanətçilərinin pulları əyalətdən kənara aparılır"-Sabir Pərniyan

2022.06.16, 08:28
"Azərbaycan əmanətçilərinin pulları əyalətdən kənara aparılır"-Sabir Pərniyan

Gunaz.tv

“Mən bu vəzifəni tutmadan öncə banklardan biri Şərqi Azərbaycana aid 500 layihəni geri qaytarıb. Biz indi bu problemlərin həll olunmasına çalışırıq”-deyə, Pərniyan Şərqi Azərbaycanda sərmayə qoyuluşuna maneələr törədildiyini bildirib.

O, bildirib ki, bankların təhlükəsizliyini təmin etdikləri halda, azərbaycanlılarının pullarının başqa yerlərə daşınması və sərmayə olaraq yatırılması anlaşılan deyil.

Bir müddət bundan öncə Şərqi Azərbaycan əyalətinin Ticarət Palatasının başçısı Yunis Jailə oxşar problemlə bağlı mediaya açıqlama verib.

O,  İran hökumətinin Şərqi Azərbaycanda özəl bank açılmasına icazə vermədiyini deyib.

“İranda iqtisadiyyatın 85%-nın dövlətin nəzarətində olmasına baxmayaraq istehsal və sənaye sahəsində özəl sektorun önəmli yeri var. İqtisadiyyatın dövlətin ixtiyarında olmasının mənfi nəticələrini nəzərə alaraq özəl sektorun inkişafına dəstək verilməlidir”-deyə, Jailə bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar