SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “Biz, rəftarını dəyişməyənə qədər İrana qarşı təzyiqimizi davam etdirəcəyik”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “Biz, rəftarını dəyişməyənə qədər İrana qarşı təzyiqimizi davam etdirəcəyik”

Gunaz.tv

GünAzTV: Fevralın 18-də Münxendə keçirilən Təhlükəsizlik Konfransında çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, İranın beynəlxalq terrorizmə dəstəyindən və ölkəsinin rəsmi Tehrana qarşı təzyiqinin gücləndirilməsinin vacibliyindən danışıb.

 

Əl Cübeyr deyib ki, İran İslam Respublikası, dünyanın hər yerində müxtəlif terrorçu qruplaşmalara hərbi təlimlər keçməyi, onları maliyyələşdirərək silahlandırmağı davam etdirir: “1996-cı ildə Səudiyyə Krallığında bir neçə qülləni partladan terrorçulara hərbi təlimlər keçən məhz İran olub. Halbuki, Səudiyyə Ərəbistanı İranın əksinə olaraq bu günə qədər dünyanın heç bir ölkəsində hər hansı bir terror aktının həyata keçirilməsində rol oynamayıb, törədilən hər hansı bir təxribatda əli olmayıb.

 

Təəssüflər olsun ki, bu gün, bölgədə olan problemlərin hamısı “Xomeyni”nin üzdəniraq “islam inqilabı” ilə başlayıb. Hazırda isə, İran, terrorçu qruplara dəstək verərək, onların  istifadə etdiyi silah və partlayıcı maddələrin 90 faizini təmin edir. İranın vaxtilə “Əl-Qaidə” terror təşkilarının bir sıra liderlərinə və Bin Ladenin ailə üzvlərinə sığınacaq verməsi də buna bir misaldır. İran, Suriya, İraq, Yəmən və Livanın daxili işlərinə qarışaraq bu ölkələrin sabitliyini pozmağa çalışır. Bu isə qəbuledilməzdir.

 

Məhz bunları nəzərə alaraq, biz, rəftarını dəyişməyənə qədər İrana qarşı təzyiqimizi davam etdirəcəyik. Əgər İran, bizim onunla adi bir dövlət kimi davranmağımızı istəyirsə, beynəlxalq terrorizmə dəstəyini dayandırmalı, region ölkələrinə və beynəlxalq qanunlara hörmətlə yanaşmalıdır”.

 

Həmin gün, Münxen Təhlükəsizlik Konfransdakı çıxışından sonra CNBC telekanalına müsahibə verən Adil əl Cübeyr, həmçinin Avropa Birliyini İranla ticarət əlaqələrini dayandırmağa çağırıb. O deyib ki, Avropa ölkələrinin İranla ticarət əlaqələrini genişləndirməsi, sadəcə olaraq benəlxalq terrorizmin himayədarlarını gücləndirməkdir: “Hesab edirik ki, hazırda İran iqtisadiyyatının böyük bir hissəsi “Sepah” və ona bağlı şirkətlər və qurumlar idarə edir. İnanırıq ki, həmin şirkət və qurumlarla ticarət əlaqələri qurmaq, yalnız “Sepah”ın gücləndirilməsinə gətirib çıxarır. Belə olduqda da, bölgədə və dünyada şər qvvələrinin təxribat xarakterli fəaliyyətinin artmasına səbəb olur. Bunun isə qarşısı alınmalıdır”.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar