SON XƏBƏRLƏR

Ağdam rayonunun işğalından 15 il keçib

2021.10.20, 07:36
Ağdam rayonunun işğalından 15 il keçib

Gunaz.tv
Ağdam rayonunun işğalından 15 il keçib article_1216792051.gif Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 15 il keçir. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı altı mindən artıq insan şəhid olub. Hazırda əhalinin sayında 10%-ə qədər artım var. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar