SON XƏBƏRLƏR

“Aməd News” Teleqram kanalı Urmiyəni Kürdistan kimi təqdim edib

2021.10.20, 07:36
“Aməd News” Teleqram kanalı Urmiyəni Kürdistan kimi təqdim edib

Gunaz.tv

GünAz TV: Antitürk mövqeyi ilə seçilən “Aməd News” Teleqram kanalı növbəti dəfə Güney Azərbaycan şəhərlərini Kürdistan adlandırıb.

 

Son vaxtlar “Sədaye mərdom” adlandırılan Teleqram kanalı bundan əvvəl “Aməd News” adı ilə fəaliyyət göstərib. Aşağıdakı şəkildə göründüyü kimi bu kanal Güney Azərbaycanın Urmiyə şəhərini Kürdistan kimi təqdim edib.

 

 

Kanalın bu qərəzli hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

 

Bu kanalda yayılan xəbərlərin əksəriyyəti Azərbaycanın əleyhinə hesablanıb. Parfarsist kanal dəfələrlə Güney Azərbaycanın qərb bölgəsinin tarix və kimliyini təhrif edərək bölgəni Kürdistan kimi qələmə verib. “Aməd News”un bu mövqeyi kürd terror qruplaşmaları ilə üst-üstə düşür.

 

Oxşar təhriflərə İran rejiminin müxtəlif rəsmi xəbər agentliklərində də rast gəlinir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar