Amerika kiber hücumla “Sepah”ın dəniz izləmə sistemlərini sıradan çıxarıb

29.08.2019, 13:38

GünAz TV: “New York Times” qəzeti Amerikanın gizli kiber hücumla “Sepah” terrot təşkilatının dəniz naviqasiya sistemini sıradan çıxardığı ilə bağlı məlumat yayıb.

 

Məlumata əsasən, ABŞ İran tərəfindən bu ölkəyə məxsus pilotsuz uçan aparatın vurulmasından sonra iyun ayının 20-də gizli kiber hücum həyata keçirərək, “Sepah”ın dəniz izləmə sistemlərini sıradan çıxarıb. İran tərəfinin sistemləri bərpa etmək üçün 2 aydır göstərdiyi səylər heç bir nəticə verməyib.

 

Amerikanın adının açıqlanmadığı rəsmisinə istinadən dərc edilən xəbərə əsasən, hücum nəticəsində “Sepah”ın gəmiləri izləmək üçün istifadə etdiyi sistemlər sıradan çıxıb və bununla da terror təşkilatının körfəzdə təxribatçı əməllərinin qarşısı alınıb.

 

Qəzet bildirir ki, kiber hücumdan sonra “Sepah” yenidən beynəlxalq sularda üzən gəmilərə qarşı hücum həyata keçirmək iqtidarında olmayıb.

 

Qeyd etmək lazımdır ki, Amerika bundan öncə də dəfələrlə İrana qarşı kiber hücumlar təşkil edib. Nəticədə İranın təxribat əməllərini həyata keçirmək üçün istifadə etdiyi bir çox mərkəzlərin fəaliyyəti sıradan çıxarılıb.

 

İran hələ ki, yayılan xəbərlərə heç bir münasibət bildirməyib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Sistan-Bəluçistanda silahlı qarşıdurma olub

2022-07-03

gun az article

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

2022-07-03

gun az article

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Şuşada olublar

2022-07-03

gun az article

Lapid: "İsrail İranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcək"

2022-07-03

gun az article

Xalq Mücahidləri Təşkilatı Tehranda "Bəsic" qərargahına hücumun məsuliyyətini öz üzərinə götürüb

2022-07-03

gun az article

İranın neft-kimya zavodunda güclü yanğın olub

2022-07-02

gun az article

Özbəkistanda iğtişaş törədənlər tutuldu

2022-07-02

gun az article

SEPAH mediası Azərbaycana qarşı hədyanlar yağdırdı

2022-07-02

gun az article

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

2022-07-02

gun az article

İsfahanda məşhur molla güllələndi

2022-07-02

gun az article

BMT baş katibinin müavini İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib

2022-07-02

gun az article

İranı nüvə danışıqlarında təmsil edən Əli Baqeri Kəni Moskvaya səfər edib

2022-07-02

gun az article

Tehranda SEPAH qərarqahına hücum olub

2022-07-02

gun az article

Belçika ilə məhbus mübadiləsi planı: İran casusu azad oluna bilər

2022-07-02

gun az article

İranda zəlzələ olub-Ölən və yaralananlar var-VİDEO

2022-07-02

gun az article

Sari zindanında məhkum edam edilib

2022-07-02

gun az article

Kərəc həbsxanasında rəzalət: Prokuror dini müqəddəsləri və sünni məhkumları təhqir etdi

2022-07-02

gun az article

İranın rəsmi mediası Azərbaycanla bağlı növbəti təxribatçı məqalə dərc edib

2022-07-01

gun az article

Laçından çıxarılacaq ermənilər Şuşanın kəndlərinə köçürüləcək

2022-07-01

gun az article

Ceyhun Bayramov yeni səfiri qəbul etdi

2022-07-01