SON XƏBƏRLƏR

Amerikanın BMT-dəki səfiri: “Rusiya heç vaxt dostumuz olmayacaq”

2021.10.20, 07:36
Amerikanın BMT-dəki səfiri: “Rusiya heç vaxt dostumuz olmayacaq”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib.

 

APA-nın xəbərinə görə, N. Heyli bunu CBN-ə müsahibəsində deyib.

 

“Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır”, - deyə səfir vurğulayıb.

 

Səfirin fikrincə, Donald Trampın Vladimir Putinlə görüşü baş verməli idi. O, Vaşinqtonun Moskvaya münasibətdə yeritdiyi siyasətdən razı olduğunu söyləyib.

 

Xatırladaq ki, iyulun 16-da Helsinkidə ABŞ və Rusiya prezidentləri arasında görüş keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar