SON XƏBƏRLƏR

Ana dili ilə əlaqədar ayrı-seçkiliyə etiraz edən azərbaycanlı mədəni fəal təhsilini davam etdirməkdən imtina etdiyi haqda məktub yazıb

2021.10.20, 07:36
Ana dili ilə əlaqədar ayrı-seçkiliyə etiraz edən azərbaycanlı mədəni fəal təhsilini davam etdirməkdən imtina etdiyi haqda məktub yazıb

Gunaz.tv

GünAz TV: Urmiyə Səma Universitetinin Füzuli Ədəbi-Mədəni Dərnəyinin katibi təhsil müəssisəsinin rektoruna məktub yazaraq ana dilinə qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq təhsilini davam etdirməkdən imtina etdiyini açıqlayıb.

 

Əldə etdiyimiz məlumata görə, bu barədə Məhəmməd Təməddün mayın 19-da universitetin rektoruna məktub ünvanlayıb.

 

Bir il əvvəl Füzuli Ədəbi-Mədəni Dərnəyinə göndərilən məktubda qurumun fəaliyyətinin dondurulması tələb olunub. Buna səbəb kimi dərnəyin zəif fəaliyyət göstərməsi bildirilib. Halbuki, bu dərnək Qərbi Azərbaycanda Azad universitetlərinin ən fəal dərnəkləri sırasında olub.

 

Dərnəyin katibi dəfələrlə yazılı və şifahi şəkildə etiraz bildirdikdən sonra nəhayət ona şifahi olaraq bildirilib ki, Füzuli Ədəbi-Mədəni Dərnəyinin fəaliyyətinin dondurulması dərnəyin 2017-ci il Beynəlxalq Ana Dili Günü münasibəti ilə universitetdə traktlar paylaması ilə əlaqədar olub.

 

Məlumata görə, bu hadisədən sonra dərnəyin türk dilində hansısa material yayması da qadağan edilib, bir neçə ay sonra isə qurumun fəaliyyəti təmami ilə dondurulub.

 

2017-ci il fevralın 20-də Füzuli Ədəbi-Mədəni Dərnəyinin universitetdə yaydığı traktlar universitetin təhlükəsizlik bölümü tərəfindən toplanıb, bununla bağlı dərnək üzvlərinə xəbərdarlıq edilmişdir.

 

 

Füzuli Ədəbi-Mədəni Dərnəyinin katibi Məhəmməd Təməddün dərnəyin fəaliyyətini bərpa etmək üçün bir il cəhd göstərdikdən sonra universitet rektoruna məktub yazmaq qərarına gəlib. Mədəni fəal məktubda bildirib ki, “Əgər dərnəyin fəaliyyəti Beynəlxalq Ana Dili Günündə türkcə traktlar yaymağa görə dondurulubsa, o zaman mən ana dilinə hörmət olaraq tətbiq olunan ayrı-seçkiliyə etiraz bildirir və təhsilimi davam etdirməkdən imtina edirəm... .”

 

Universitetin Füzuli Ədəbi-Mədəni Dərnəyinə göndərdiyi məktub:

 

 

Füzuli Ədəbi-Mədəni Dərnəyinin katibi Məhəmməd Təməddünün universitetin rektoruna ünvanladığı məktub:

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar